“Diksiya (Nitq) Təlimi”- Səlis danışmaq zamanı!

1

Nitq Təlimi

?Təlimdə keçiriləcək mövzular:

1. Düzgün nəfəsalma qaydaları
2. Səs tellərinin dolğunlaşdırılması
3. Ağız tənbəlliyinin aradan qaldırılması
4. Doğru intonasiya yolları
5. Söz bazasını artırmaq
6. Nitqi təmizləmək
7. Çıxış təcrübəsi
8. Bədən dili

? Təlimçi: Cəlalə Nəzəroğlu
· Xəzər TV (“Xəzər Xəbər” aparıcı və redaktor)
· İnterAz TV (“Xəbərlər” departamenti rəhbəri)
· ANS TV (“Salam, Azərbaycan” rəhbər və aparıcı)
· Hazırda: “ASAN xidmət”-ASAN radionun redaktor və aparıcısı
· “Danışığınla həyatı qazan” kitabının müəllifi
· Xəzər Universitetinin “Jurnalistika” ixtisası (magistratura pilləsi və fərqlənmə)
· BDU Jurnalistika fakültəsi (bakalavr təhsili)
· Təlimçi kimi 9 ildən artıq təcrübə

? Təlimdən əldə edəcəksiz :
1. Düzgün nəfəsalma – Bol oksigen rahat danışığın, çıxış edərkən həyəcanın dəf edilməsinin əsas silahıdır. Düzgün nəfəs alanların səsi daha dolğun olur, beyinləri daha aktiv işləyir, onlar gec yorulur və məhsuldar olurlar.
2. Səs tellərinin dolğunlaşdırılması – Cəlbedici səs insan haqqında müsbət fikir formalaşdırır, onu daha cazibədar edir.
3. Ağız tənbəlliyi aradan qaldırılması – Bilirsinizmi, hərfləri əyri-üyrü yazanda xətt pis olduğu kimi, səslər də ağızdan bu şəkildə çıxanda nitq anlaşılmaz olur. Ağız aparatı aktivləşincə, hər şey əla olacaq.
4. Doğru intonasiya yolları – “Nə demək yox, necə demək önəmlidir”. Bu mərhələdə intonasiya üzərində iş gedir. Söz sırasını dəyişmədən eyni cümlə ilə müxtəlif fikirləri ifadə etməyin yollarını öyrədilir.
5. Söz bazasını artırmaq – Söz ehtiyatı nə qədər çox olarsa, nitqimiz bir o qədər maraqlı, axıcı olacaq. Söz bazasını artırmağı, nitqimizə yeni sözlər daxil etməyi öyrənirik.
6. Nitqi təmizləmək – Nitqi ləhcədən, jarqonlardan, parazit sözlərdən, mənfi fikir yaradan ucuz yanaşmalardan təmizləyirik.
7. Çıxış təcrübəsi – Hər dərsdə çıxışlar edib bunu vərdiş halına gətiririk, getdikcə daha rahat olmanızı təmin edirik.
8. Bədən dili – Bədən dilini “danışdırmağı” öyrənirik, tam məqamında bundan istifadənin min sözə bərabər olduğunu isbat edirik.

Təlim 2 mərhələdən ibarətdir. Və hər mərhələ 7 həftə müddətində davam edir.

Dərslər həftədə 1 dəfə, şənbə günü 13:30-da keçirilir.

Diqqət “Ağız aparatı” ilə bağlı dərsləri diksiya üzrə mütəxəssis, təlimçi Cəlalə Nəzəroğlunun yetirməsi, Müjgan Rəhmanlı tədris edəcək.

Təlimin qiyməti: Hər mərhələ 100 AZN
Təlimi uğurla bitirən iştirakçılara sertifikat təqdim olunacaq

Qeydiyyat:
Qeydiyyat üçün 0518432599 Whatsapp nömrəsinə adınızı, soyadınızı və “Diksiya Təlimi” yazıb göndərə bilərsiniz və ya 0774641868 nömrəsinə zəng edə bilərsiniz.

1 şərh

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin