Emosiyalar və biz – Ödənişsiz Seminar

0

İstər şəxsi, istərsə də professional həyatımızda müxtəlif vəziyyətlərlə rastlaşırıq. Bu vəziyyət və ya hadisələrə hər birimiz müəyyən mənada müxtəlif cür reaksiya veririk. Emosiya və hisslərimizin mövcudluğu bu zaman bizə bəzən mane ola bilir. Bu təlim emosiyanın nə olduğunu, onu necə idarə etmək lazım olduğunu, situasiyaya uyğun məntiqimizəmi, yoxsa emosiyalarımızamı inanmalı olduğumuzu bizə öyrədəcək.

Təlimdə öyrənəcəkləriniz:
• Emosiya nədir və bizə necə təsir edir?
• Emosiya, duyğu və hisslərin fərqi;
• Emosiyalarımızın beyinlə əlaqəsi;
• Emosiyalarımızın həyatımıza təsiri;
• Koqnitiv proses və affekt halı;
• Özünənəzarət və emosiyaların idarə olunması;
• Əhval-ruhiyyəni artıran və azaldan amillər;
• Emosiyalarmı, yoxsa məntiqmi?

Təlim məşhur psixoloq Rəvan Soltanov tərəfindən keçiriləcəkdir.

Təlim ÖDƏNİŞSİZdir.
Tarix: 26.01.2018
Saat: 17:00

Qeydiyyat üçün aşağıdakı linkə daxil olun:
https://docs.google.com/forms/d/1YWpfAX4TVLOgMQOZZf8CmgiMsV-sRmq2S-UgSjiuAL4/edit

Ünvan:
C. Cabbarlı küç. 40 / Caspian Business Center, 4-cü mərtəbə / Bakı, Azərbaycan
Əlaqə:
Tel.: (+99412) 492 08 05
Mob.: (+99450) 247 06 10
Wp.: ( +99451) 420 06 97

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin