“Mənim taleyim deyil” – Fərdi sərgi

0

YARAT Müasir İncəsənət Məkanı Sizi Vüsal İsgəndərin “Mənim taleyim deyil” adlı fərdi sərgisinə dəvət edir.

Sərginin açılışı: 25 yanvar, saat 19:00
Rəssamla görüş: 2 fevral, saat 19:00
Ünvan: ARTIM Layihə Məkanı (İçərişəhər, Böyük Qala küç., 30, 001A)
Giriş sərbəstdir

“Öz əsərini tanıt 2017” sərgi-müsabiqəsinin qalibi, rəssam Vüsal İsgəndər, öz fərdi sərgisində Azərbaycanda qadınların mürəkkəb həyat şəraitini araşdırır. Rəssamın başlıca məqsədi, “stereotipləşdirilmiş” rol nümunələri ilə bağlı gözləntilər qarşılanmadıqda, qadınların üzləşdiyi sosial ayrıseçkiliyi önə çəkməkdir. Rəssamın əsərləri qadınların məruz qaldığı psixoloji təsirlərə, qıcıqlara və ümidsiz görünən münaqişəli vəziyyətlərə toxunur. Belə ki, “Mənim taleyim deyil” təkcə “ittiham” yox, həm də düşüncə tərzimizi əks etdirməyə, müxtəlif həyat tərzlərini seçməklə və qəbul etməklə ümumi ideologiyalardan “yaxa qurtarmağı” təşviq etməyə çalışır.

“Birşey-mirşey var?” adlı instalyasiya müxtəlif güzgülər, qadın sonsuzluğu haqqında divar yazılarının yer aldığı otaqdan ibarətdir. Otağa daxil olan ziyarətçi güzgülərdə öz əksini görür və bununla da, rəssam ona “insan reproduksiyası” ilə bağlı sualını ötürmüş olur. Bu sual, şəxsi və ictimai nüfuzun, habelə xoşbəxtliyin qadının bu gözləntini nə dərəcədə “doğrultmasından” asılı olduğunu göstərməklə, qadının dünyaya uşaq gətirməklə bağlı öhdəliyini və bununla da qadının dəyərinin azaldılmasını tənqid edir.

“Qara yarpaqlı ağac” adlı mum heykəli, bir qayda olaraq ayrıseçkilik, nəticə etibarilə yoxsulluq, sosial izolyasiya və zorakılıqdan əziyyət çəkən dul qadınların əlahiddə həyatına özünəməxsus yanaşmadır. Yanan şam, bir tərəfdən dul qadınların təhqirlərə məruz qalmasını, digər tərəfdən isə düşdükləri qorxunc durumdan qurtulmaqla bağlı ümidlərini təcəssüm edir.

“Sizdən əl çəkmərəm!” instalyasiyası tavandan döşəməyə qədər sallanan kəndirlərdən və qara rəngli “Mentallıq” sözündən ibarətdir. Bu əsər, çox sərt ictimai quruluşlara görə qadınların üzləşdiyi məhdudiyyətləri araşdırır.

“İlk mənim ol!” adlanan otaq, gəlinlik libasına daxil olmaq ab-havasını yaradır. Otağın divarları ağ atlas parçaya bürünüb, pərdəlik parça isə pəncərələrin arasında ilişib qalıb. Rəssam bilavasitə pərdənin özünü, eyni zamanda bakirəliklə bağlı bəzi mifləri sual altına qoyan himen (qızlıq pərdəsi) anlamını ehtiva edən “pərdə” sözünü araşdırır.

Rəssam haqqında

Vüsal İsgəndər 1996-cı ildə Bakıda anadan olub. 2008-2011-ci illərdə “Günəş” rəsm studiyasında təsviri incəsənət üzrə təhsil alıb. 2013-2017-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının qrafik dizayn fakültəsində təhsilini davam etdirib. O, öz əsərlərində rəsm, qrafika və heykəltəraşlıq üslublarından istifadə edir. Onun əsərləri bir sıra yerli sərgilərdə nümayiş etdirilib. Azərbaycan Rəssamlar İttifaqının nəzdində Gənc Rəssamlar Birliyinin üzvüdür.

Sərginin müddəti: 25 yanvar – 11 fevral 2018
Sərginin iş rejimi: Çərşənbə axşamı – Bazar, 14.00 – 20.00
Ətraflı məlumat üçün: www.yarat.az; 0125051414

_________
Пространство Современного Искусства YARAT приглашает вас на персональную выставку Вюсала Искандера «Не моя судьба» («Mənim taleyim deyil»).

Открытие: 25 января, 19:00
Встреча с художником: 2 февраля, 19:00
Проектное Пространство ARTIM (Ичеришехер, ул. Бойюк Гала 30, 001А)
Вход свободный

Персональная выставка, предоставленная победителем конкурса-выставки «Bring Your Art 2017», художником Вюсалом Искандером исследует сложные жизненные ситуации азербайджанских женщин. Цель художника – подчеркнуть социальную дискриминацию, с которой сталкиваются женщины, когда они «не оправдывают» ожидания, связанные со стереотипными ролевыми моделями. Работы Вюсала затрагивают психологические воздействия, досады и отчаянные конфликтные ситуации, которым обычно подвергаются женщины. Однако, «Не моя судьба» не только осуждает, но и стремится отобразить наш образ мышления, поощрять уход от общих идеологий, выбрав или приняв тот, или иной жизненный уклад.

Инсталляция «Чё-нить есть?» («Birşey-mirşey var?») состоит из комнаты, где размещены разные зеркала, и настенные надписи, связанные с женской бесплодностью. Войдя в комнату, посетитель видит свое отражение в зеркалах и таким образом, художник задает ему вопрос о человеческой репродукции. Этот вопрос критикует заниженную ценность женщин, вследствие их миссии приносить на свет детей, демонстрируя, насколько личностное и общественное признание, а также счастье зависит от того, как женщина «оправдает» это ожидание.

Скульптура изготовленная из воска под названием «Дерево с черными листьями» (“Qara yarpaqlı ağac”) является своеобразным подходом к жизни вдов, которые, как правило, подвергаются дискриминации и, в конечном счете, страдают от нищеты, социальной изоляции и насилия. Горящая свеча с одной стороны, символизирует подверженность вдов оскорблениям и унижениям, а с другой стороны, их надежду избавиться от той ужасной ситуации, в которой они находятся.

Инсталляция «Я от вас не отстану» (“Sizdən əl çəkmərəm”) состоит из навешанных веревок с потолка до пола, с надписью «Ментальность» черного цвета. В этой работе рассматриваются ограничения, с которыми сталкиваются женщины, проживающие в очень суровых социальных условиях.

В комнате под названием «Будь моей первой!» (“İlk mənim ol!”) царствует атмосфера «вхождение в платье невесты». Стены комнаты покрыты белым атласом, а между окнами застряла занавеска. Художник исследует слово «занавес» (азерб. “pərdə”), который непосредственно относится к самому занавесу, а также к гимену (девственная плева), тем самым ставит под вопрос некоторые мифы о девственности.

О художнике

Вюcал Искандер родился в Баку в 1996. В 2008-2011 годах учился изобразительному искусству в студии рисования «Гюнеш». В 2013-2017 годах продолжил свое образование на факультете графического дизайна Азербайджанской Государственной Академии Художеств. В своих работах он использует технику живописи, графики и скульптуры. Работы художника были представлены на нескольких местных выставках. Является членом Объединения Молодых Художников при Союзе Художников Азербайджана.

Период работы выставки: 25 января – 11 февраля
Время работы: вторник – воскресенье, 14.00 – 20.00
Подробная информация: www.yarat.az; 0125051414

_________
YARAT CONTEMPORARY ART SPACE is pleased to announce the solo exhibition by Vüsal İsgəndər “NOT MY FATE” (Mənim taleyim deyil)

Opening Date: 25th of January, 7 pm
Talk: 2nd of February, 7 pm
Address: ARTIM Project Space Old City (Icherisheher) Boyuk Gala Street 30, 001A
Admission is free

Vusal Isgender, contest winner of the exhibition “Bring Your Art 2017”, explores difficult life situations of women in Azerbaijan in his solo exhibition. The artist aims to raise awareness of social discrimination that women are faced with when not fulfilling expectations connected to stereotyped role models. His works deal with psychological impacts, frustrations and apparently hopeless conflicted situations that they are pushed into. “Not My Fate”, however, is not meant to be an accusation but wants both, to reflect our way of thinking and encourage to break out from common structures accepting different ways of life choice.

The installation “Birşey-mirşey” var?” (Is there something?) consists of a room with mirrors and writings on the wall connected to infertility. By reflecting the visitor in mirrors the artist passes the question of human reproduction to each person entering the room. It criticizes to reduce female value of having children showing how much personal and social acceptance as well as happiness depends on fulfilling this expectation.

The candle sculpture “Qara yarpaqlı ağac” (Tree with black leaves) approaches the particular life situation of widows, who often suffer from discrimination resulting in poverty, marginalization and exposure to violence. The burning candle symbolizes on one hand humiliations of these women on the other hand hope to “grow out” of the appalling conditions.

The installation “Sizdən əl çəkmərəm!” (Never give up on you!) consists of ropes coming from the ceiling and apparently dropping with black color the word “Mentality” on the floor. The work investigates in restrictions that are women faced due to rigid social structures.

The room entitled “İlk mənim ol!” (Be my first!) creates the atmosphere of entering inside a bride’s dress. The walls of the rooms are covered with white atlas textile, while curtain fabric is trapped between the window doors. The artist plays with the meaning of the word “pərdə” that describes both a type of curtain and hymen questioning myths related to virginity.

Biography

Vusal Isgandar was born in Baku in 1996. In 2008-2011 he studied at the “Gunash” drawing studio with a focus in Fine Arts. The artist continued his studies at the Azerbaijan State Academy of Fine Arts in Graphic Design in 2013-2017. He uses painting, graphics and sculpture techniques in his work. His works were showcased at several local exhibitions. He is a member of the Union of Young Artists of the Union of Artists of Azerbaijan.

Exhibition dates: 25th January – 11th of February
Working hours: Tuesday – Sunday, 12 pm – 8pm
For more information: www.yarat.az; 0125051414

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin