Yaponiyada Təhsil üçün Dövlət Təqaüdü elan olunub

0

Yaponiya Hökumətinin təqaüdləri vasitəsi ilə Yaponiyada təhsil almaq istəyənlərin nəzərinə

Səfirliyin 2018-ci il üçün Dövlət Təqaüd Proqramlarına (Nikken/Kyoken) dair müraciət və seçim qaydaları haqqında 

1. TƏQAÜD PROQRAMLARINA NƏZƏR

(1) Nikkensei- “Yapon dili və Yapon mədəniyyətini tədqiq edən tələbələr üçün təqaüd proqramı”

(A) Təqaüd proqramının məzmunu:
Bu proqram yapon dilini, yapon mədəniyyətini və Yaponiyanın durumunu xarici tələbələrə daha mükəmməl şəkildə anlatmaq məqsədi ilə Yaponiyanın müxtəlif universitetlərində yaradılmış 1 illik təlim kursu olub,  Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyinin təqdim etdiyi 1 illik təqaüdü qazanmaq şansı verir.

(B) Müraciət üçün şərtlər və tələblər:
・Yalnız Azərbaycan vətəndaşı olan şəxslər. Yapon vətəndaşları müraciət edə bilməzlər (Azərbaycan vətəndaşlığı olmayan şəxslər yalnız mənsub olduqları ölkədəki Yaponiya səfirliyinin təqdim etdiyi proqramda iştirak edə bilərlər).
・2 aprel 1988-ci il – 1 aprel 2000-ci il təvəllüdlü şəxslər.
・Yaponiyada təhsilə başlamışdan əvvəl və Yaponiyadan döndükdən sonra, Yaponiya unversitetində deyil, təhsil aldığı universitetdə yapon dili və yaxud yapon mədəniyyətini əsas ixtisas olaraq tədris edən şəxslər. Daha dəqiq desək, 2018-ci ilin aprel ayı üçün ümumilikdə 1 ildən artıq yapon dilini ixtisasında oxuyan şəxslər.
・Yaponiya universitetində yapon dilində təhsil ala biləcək dərəcədə yapon dili biliyinə malik olan şəxslər.
・Fiziki və əqli cəhətdən tam sağlam şəxslər.

(C) Təqaüd proqramının müddəti:
2018-ci ilin oktyabr ayından (və yaxud təlim kursu başladığı müddətdən) davam edən 1 illik təlim kursu

(D) Yaponiya höküməti tərəfindən maliyyələşdiriləcək hissə:
・Aylıq təqaüd – 117.000 yapon yeni
・İkitərəfli aviabilet(Yaşadığı yerə ən yaxın beynəlxalq hava limanından və təlim keçəcəyi Yaponiya universitetinin yaxınlığında yerləşən beynəlxalq hava limanından aviabilet)
・Təhsil haqqı və digər (universitetin qəbul imtahanları, universitetə qəbul və təhsil haqqı)

(E) Son illər ərzində bu proqram ilə Azərbaycandan qəbul olunanların sayı
2014-cü il: 1 nəfər
2015-ci ilI 2 nəfər
2016-cı il: qəbul olan olmayıb
2017-ci il: 1 nəfər

(2) Kyokensei “Gənc müəllimlər üçün təlim təqaüd proqramı

(A) Təqaüd proqramının məzmunu
Bu proqram məktəblərdə tədris sistemini tədqiq edən xarici tələbələr üçün Yaponiyanın müxtəlif universitetlərində yaradılmış 1-1.5 illik təlim kursudur ki, həmin proqrama müraciət edərək Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyinin təqdim etdiyi 1-1.5 il davam edən təqaüdünü qazanmaq mümkündür. Təlim kursu ümumillikdə 1 il davam edir, lakin təlim kursuna başlamazdan əvvəl yapon dili kurslarını təklif edən universitetlər də vardır ki, həmin kurslarda iştirak edən tələbələrin təqaüd müddəti 1.5 il davam edir. Həmçinin, təlim kursu ilə parallel olaraq yapon dilini tədris edən universitetlər də vardır ki, həmin universitetlərdə təqaüd proqramı 1 il davam edir.

(B) Müraciət üçün şərtlər və tələblər:
・Yalnız Azərbaycan vətəndaşı olan şəxslər. Yapon vətəndaşları müraciət edə bilməzlər(Azərbaycan vətəndaşlığı olmayan şəxslər yalnız mənsub olduqları ölkədəki Yaponiya səfirliyinin təqdim etdiyi proqramda iştirak edə bilərlər).
・2 aprel 1983-cü il tarixindən sonra anadan olan şəxslər
・Universitet və yaxud müəllimlər üçün nəzərdə tutulmuş təlim məktəbini bitirib, 2018-ci il 1 aprel tarixinə qədər yaşadığı ölkənin ibtidai, orta təhsil müəssisələrində 5 ildən artıq təcrübəyə malik olmaq. Belə ki, hal-hazırda universitet müəllimi kimi fəaliyyət göstərən şəxslərin müraciəti mümkün deyil.
・Yapon dilini həvəslə tədris etməyi atzulayan şəxslər. Yaponiyaya maraq göstərib, Yaponiyaya gəldikdən sonra Yaponiya haqqında bilikləri daha da dərinləşdirmək. Yaponiyada tədqiqat işi ilə məşğul olub, Yaponiyanın həyat tərzinə uyğunlaşmaq.
・Fiziki və əqli cəhətdən tam sağlam şəxslər.

(C) Təqaüd proqramının müddəti:
2018-ci ilin oktyabr ayından (və yaxud təlim kursu başladığı müddətdən) 2020-ci ilin mart ayına kimi, hər universitetin təlim kursuna uyğun tələb olunan müddət.

(D) Yaponiya höküməti tərəfindən maliyyələşdiriləcək hissə:
・Aylıq təqaüd – 143.000 yapon yeni
・İkitərəfli aviabilet(Yaşadığı yerə ən yaxın beynəlxalq hava limanından və təlim keçəcəyi Yaponiya universitetinin yaxınlığında yerləşən beynəlxalq hava limanından aviabilet)
・Təhsil haqqı və digər (universitetin qəbul imtahanları, universitetə qəbul və təhsil haqqı)

E) Son illər ərzində bu proqram ilə Azərbaycandan qəbul olunanların sayı: 0 nəfər

2. SEÇİM PROSESİNİN TƏQVİMİ: 

Dekabrın sonu- yanvarın əvvəli Proqrama müraciətlə bağlı məlumat səfirliyin internet səhifəsinə yerləşdiriləcək və sənəd qəbuluna başlanacaqdır
15 fevral (cümə axşamı) 12:00 Sənəd qəbulunu bitməsi və sənədlərin yoxlanılmasının başlanması
16 fevral (cümə) Sənəd seçim mərhələsindən keçənlərin elan olunması (yazılı imtahan mərhələsinə keçən şəxslərə telefon vasitəsi ilə zəng olur)
20 fevral (çərşənbə axşamı) 10:15 Birinci seçim mərhələsi üzrə yazılı imtahan – Yapon dili (Nikkensei və Kyokensei). İmtahan müddəti: 2 saat
12:15 Yapon dili imtahanı bitir və Nikkensei tələbələri otağı tərk edir
14:45 Birinci seçim mərhələsi üzrə yazılı imtahan –İngilis dili (yalnız Kyokensei). İmtahan müddəti: 1 saat
15:45 İngilis dili imtahanı bitir və iştirakçılar otağı tərk edir
22 fevral (cümə axşamı) 14:00 Birinci seçim mərhələsi üzrə yazılı imtahanın nəticələrinin elanı (Müsahibə mərhələsinə keçən şəxslər)
Nəticələr Yaponiya səfirliyinin 5-ci mərtəbəsində yerləşən Mədəniyyət və Məlumat Mərkəzinin giriş qapısına yapışdırılacaq. Telefon vasitəsi ilə əlaqə saxlamaq da mümkündür.
23 fevral (cümə) 15:00 Birinci seçim mərhələsi üzrə Müsahibə (hər bir şəxs ilə fərdi şəkildə keçiriləcəkdir)

  • Kyokensei proqramına müraciət edən şəxslərin çalışdığı məktəblərdə dərs saatlarını nəzərə alaraq imtahanın tarixində dəyişiklik etmək olar.
6 mart (çərşənbə axşamı) Birinci seçim mərhələsinin nəticələrinin elanı (Səfirliyin 5-ci mərtəbəsində yerləşən Mədəniyyət və Məlumat otağının giriş qapısında yerləşdiriləcəkdir. Telefon vasitəsi ilə əlaqə də mümkündür.
Mayın sonu İkinci seçim mərhələsinin nəticələrinin elanı (qəbul olan şəxslər)
(Səfirlik nümayəndəsi ikinci seçim mərhələsindən keçən şəxslərlə əlaqə saxlayır.)
İyul-avqust ayları ərzində Universitetlərin müəyyənləşməsi
Sentyabr-oktyabr ayları ərzində Yaponiyaya yola düşmə

3. TƏLƏB OLUNAN SƏNƏDLƏRİN SİYAHISI: 

http://www.mext.go.jp/a_menu/koutou/ryugaku/1398173.htm (Bu linkdən yükləyə bilərsiniz)

(1)Yapon dili və ya yapon mədəniyyətini tədqiq edən tələbələr (Nikkensei) ( (E) sənədi çıxmaq şərti ilə qeyd olunan sənədlərin hamısı 1 nüsxədə orijinalda olmalıdır)
(A) Müraciət forması və Universitet Seçiminə Dair Müraciət Forması (Müvafiq formanı linkdən yükləmək mümkündür) (əsli 2 ədəd)
※Fotoşəkil – 2 ədəd. Son 6 ay ərzində çəkilən fotoşəkil. Ölçü: 4.5×3.5 sm. Elektron fotoşəkil də qəbul olunur.)
(B) Təhsil aldığı universitetdən qiymət vərəqəsi(hər kursa dair qiymət vərəqəsi)
(C) Universitetdən arayış
(D) Təhsil aldığı universitetin dekan və yaxud baş müəllimindən tövsiyyə məktubu (linkdən yükləmək mümkündür)
(E) Sağlamlıq haqqında arayış. (Müvafiq formanı linkdən yükləmək mümkündür)
(F) Yapon dili fakültəsində 1 ildən artıq təhsil aldığını təsdiq edən sənəd(※ (b) bəndində göstərilən qiymət vərəqəsi ilə yapon dili fakültəsində 1 ildən artıq təhsil aldığını təsdiqləyə bilmədiyi halda)
(G) Yapon dili biliyini təsdiqləyən sənəd (sertifikat) – mövcud olduğu halda (surət – 1 ədəd)

(2) İbtidai və ya orta təhsil müəssisələrində çalışan müəllimərKyokensei

(A) Müraciət forması və Universitet Seçiminə Dair Müraciət Forması (Müvafiq formanı linkdən yükləmək mümkündür) (əsli – 1 ədəd və surəti 1 ədəd)
※Fotoşəkil – 3 ədəd. Son 6 ay ərzində çəkilən fotoşəkil. Ölçü: 4.5×3.5 sm. (Elektron fotoşəkil həmçinin qəbul olunur.)
(B) Ali təhsili təsdiqləyən diplom və qiymət vərəqəsi (Bitirdiyiniz universitetdən) (əsli – 1 ədəd, surət – 1 ədəd))
(C) İş yerindən arayış (əsli – 1 ədəd, surət – 1 ədəd)
(D) İş yerindən tövsiyyə məktubu  (üslub sərbəstdir) (əsli – 1 ədəd, surət – 1 ədəd)
(E) Sağlamlıq haqqında arayış (Müvafiq formanı linkdən yükləmək mümkündür) (əsli – 1 ədəd, surət – 1 ədəd)
(F) Yapon dili biliyini təsdiqləyən sənəd (sertifikat) – mövcud olduğu halda (surət – 1 ədəd)

4. ƏLAVƏ MƏLUMAT ÜÇÜN LİNK: Bura daxil olun

 

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin