Biznesin inkişafı üzrə aparıcı mütəxəssis vakansiyası

0

Biznesin inkişafı üzrə aparıcı mütəxəssis işçisi tələb olunur.

Vəzifənin adı:Biznesin inkişafı üzrə aparıcı mütəxəssis

Vəzifənin məqsədi:Yeni məhsulla bağlı tərəfdaşlıqlar yaratmaqla satışın reallaşması və müştəri bazasının genişlənməsi
Vəzifə öhdəlikləri
• Şirkətin və məhsulun inkişaf etdirilməsi üçün strateji planların, biznes planlarının hazırlanması sahəsində işləri həyata keçirmək
• Araşdırmanı planlaşdırmaq üçün bazar araşdırmaçıları ilə sıx işləmək və gələcəkdə aparıcı trend və problemləri müəyyən etmək məqsədilə bazar məlumatlarını təhlil etmək
• PAAS və SAAS-la bağlı imkanlardan faydalanmaq üçün planlar işləyib-hazırlamaq, eləcə də geniş əhatəli və uzlaşdırılmış təkliflər təqdim etmək.
• Layihələri əvvəldən sona qədər idarə etmək
• Müştərilər üçün sərfəli təkliflər hazırlamaq məqsədilə, IAAS, PAAS və SAAS-la bağlı (lakin bunlarla məhdudlaşmayaraq) müxtəlif yönümlü biznes məhsul və xidmətləri, eləcə də paketləri təqdim etmək
• Bazara məhsul çıxarılması sahəsində mühüm tərəfdaşlıqlara yol açacaq biznes modellərini işləyib-hazırlamaq
• İstər mövcud və əldə edilmiş xidmətlər, proqram təminatı, proseslər və texnologiyaların, istərsə də biznes modellərinin planlaşdırılmış şəkildə icrasını təmin etmək məqsədilə şirkətdaxili departamentlərlə birgə işləmək
• Tərəfdaşlıq Proqramının icrasını təmin etmək
• Şirkətin məhsul və xidmətlərini təşviq etmək məqsədilə müştərilərlə əməkdaşlığı dəstəkləmək
• Satış və Layihələr, Maliyyə və Marketinq heyəti ilə sıx şəkildə işləməklə, məhsulların gəlir, ümumi rentabellik və proqnozlaşdırılma kimi cəhətlərini hazırlamaq və idarə etmək
• Beynəlxalq trafikin idarə olunması və inkişafı proseslərinə nəzarət etmək
• Dolayı satış kanallarını idarə etmək
• Satış sahəsi üzrə qeyri-standart xidmətlərlə bağlı layihələrdə iştirak etmək

Tələb olunan bilik və bacarıqlar
• Təhsil :Biznes sahəsi üzrə bakalavr dərəcəsi (magistr dərəcəsinə üstünlük verilir)
• Kompetensiyalar:
• İT sahəsi üzrə biliklər
• Dərin texniki bilik və bacarıqlara malik olmaq
• Layihələri idarə etmək bacarığı
• Mükəmməl ünsiyyət qurma bacarığı
• Müəyyən sahələrdə peşəkarlıq (dərəcələri)
• Biznesin inkişafı sahəsi üzrə ən azı 3 il təcrübə
• Dil və İT bilikləri
• Azərbaycan və ingilis dillərini mükəmməl bilməli (rus dilini bilənlərə üstünlük verilir)
• Microsoft Office proqramlarında (Word, Excel and PowerPoint) sərbəst işləmə bacarığı
• İş vaxtı standart 9:00-18:00

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi [email protected] ünvanına göndərin. Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.
Deadline: 31.01.2018

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin