BSC Group Consulting & Outsourcing şirkəti Hüquqşünas vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
– Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi;
– Sənəd və müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
– Müqavilələrin hazırlanması, müqavilələrə dair hüquqi rəylərin verilməsi;
– Struktur və bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin qanunvercilik çərçivəsində həll edilməsi;
– Aidiyyəti məsələlərə dair rəylərin hazırlanması;
– Protokolların aparılması, hazırlanması;
– Problemli müştərilərlə görüşlərin təşkili;
– Məhkəmə və digər orqanlarına sənədlərin hazırlanması və təqdim edilməsi;
– Məhkəmədə və digər orqanlarda Şirkətin adından çıxış edilməsi;
– Hüquqi sənədləşmənin sistemləşdirilməsi və uçotunun aparılması və s.
Tələblər:
– Ali hüquqi təhsil
– 3-5 il iş təcrübəsi
– Rus və İngilis dillərini mükəmməl bilməli
– Azərbaycan Respublikasının Qanunları və Qanunvericilik aktları barədə məlumatlı olmalı
– Microsoft Office proqramlarını bilməli
– Analitik düşünmə qabiliyyəti
– Məhkəmə proseslərində iştirak təcrübəsi
– Səlis danışıq qabiliyyəti
İş qrafiki:
– Həftədə 5 gün 09:00 – 18:00, şənbə 13:00
– Əmək haqqı 1000-1200 AZN
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adı “Hüquqşünas” şəklində göstərilməlidir, əks halda müraciətlərə baxılmayacaqdır. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
? (+994) 12 493 32 03