Latviyanın Təqaüd Proqramına qəbul!

0

Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlığa dair 2017-ci il iyulun 17-də Riqa şəhərində imzalanmış Sazişə uyğun olaraq, Latviya Hökuməti Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir:

Təhsil səviyyəsi: Bakalavriat, magistratura, doktorantura

Tədris dili: İngilis və ya latış

Müraciət forması: Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları müvafiq internet səhifəsində (http://viaa.gov.lv/eng/scholarships_gov/scholarships_for_studies/ ) ərizə formasını doldurmalı və digər tələb olunan sənədləri əlavə etməlidirlər.

Tələb olunan sənədlər:

• ərizə forması;

• CV (tərcümeyi-hal);

• niyyət məktubu;

• təhsil sənədlərinin və qiymət cədvəllərinin surəti;

• 2 ədəd tövsiyə məktubu;

• təqaüd ərzində dərs planı;

• xarici dil sertifikatının surəti;

• şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun surəti;

Maliyyə şərtləri:

Bakalavriat və magistratura təhsil səviyyələri üzrə aylıq 500 avro, doktorantura təhsil səviyyəsi üzrə aylıq 670 avro təqaüd təmin olunur. Səyahət və sığorta xərcləri namizədlərin özləri tərəfindən qarşılanır.

 

Seçim prosesi: Bütün namizədlərin sənədləri yoxlanıldıqdan sonra  yekun qərar Latviya Dövlət Təhsil İnkişaf Agentliyi (DTİA) tərəfindən veriləcəkdir.

Son müraciət tarixi: 01.04.2018

Ətraflı məlumat və qeydiyyat üçün bura daxil olun!

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin