“Mini MBA-Hər kəs üçün” proqram – ÖDƏNİŞSİZ KURS!

0

“Odlar Yurdu” Gənclər İctimai Birliyinin 2018-ci il üçün planlaşdırılmış fəaliyyət istiqamətlərindən biri olan “Gənclərin sahibkarlıq fəaliyyətinə təşviqi ” çərçivəsində “Mini MBA-Hər kəs üçün” proqramını həyata keçirir.
Proqram çərçivəsində 3 ay müdətində 30 nəfər gəncə mütəxəssislər və müxtəlif iş adamlarının mentorluğu ilə “Mini MBA” (Master of Business Administration) mövzusunda ödənişsiz kurs, təlimlər keçiriləcəkdir.
Bu intensiv və çətin proqramdır. Bu marafona hazırsınız? 

-Mini MBA nədir və nəyi hədəfləyir?

+İş dünyasının qarışıq, bir-birindən asılı və dinamik bir ortamda doğru qərarlar ala biləcək, gərəkli bacarıq və biliklərə sahib gənc idarəçilərə ehtiyacı vardır. Mini MBA kursu seminarlar, keys həlləri, müzakirələr, qrup işləri və digər fəaliyyətlərin kompleks istifadəsi ilə bir-birindən fərqli ixtisaslar üzrə təhsil alan idarəetmə və bizneslə maraqlanan tələbələrdə stratejik düşünmə, planlama, idarəetmə və qərarvermə səriştələrini aşılamağı hədəfləyir.

-Mini MBA Proqramı nədən ibarətdir?

+Mini MBA Proqramı çərçivəsində həftədə 2 dəfə olmaqla 3 ay müddətində 11 dərs 1 simulyasiya oyunu keçiriləcək.

Dərslərin mövzuları:
*İdarəçilər üçün iqtisadiyyat
*Maliyyə
*Qərarvermə
*İş dünyasında etika
*İdarəetmə bacarıqlarının inkişaf etdirilməsi
*Marketinq strategiyası
*Strategiya, təşkilat və innovasiya
*Əməliyyatlar menecmenti
*Liderlik, yenilik və məsuliyyət
*Korporativ idarəetmə və təşkilati davranış
*Biznes planın yazılması

-Kimlər iştirak edə bilər və iştirak üçün nə etmək lazımdır?

+Kursda iştirak üçün ixtisas və kurs fərqi olmadan bütün bakalavr tələbələri müraciət edə bilərlər. 31 yanvar son müraciət tarixidir. Proqramda iştirak üçün müraciət edən gənclər öz CV-lərini və motivasiya məktubunu [email protected] ünvanına göndərməlidirlər.
E-mail ünvanlayarkən mövzu yerinə “Mini MBA” yazmaq mütləqdir.

Proqramda iştirak ÖDƏNİŞSİZDiR! Bütün iştirakçılara uğurlar!

Əlavə məlumat və suallar üçün:
+99451 439 62 17 İsa Zeynal Ələsgərov
[email protected]

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin