Təsərrüfat şöbəsinin texniki xidməti işləri üzrə mütəxəssis vakansiyası

0
640

Təsərrüfat şöbəsinin texniki xidməti işləri üzrə mütəxəssis vəzifəsinə işçi tələb olunur!

Vəzifə Öhdəlikləri
• “AzInTelecom” MMC-da İnzibati işlər departamentinin Təsərrüfat şöbəsində təsdiq olunan prosedur və proseslərə uyğun işlərin aparılması
• Təhlükəsizlik və yanğınsöndürmə sistemlərinin işlək vəziyyətinin yoxlanması, tənzimlənməsi və nəticələr haqda birbaşa rəhbərə hesabat
• İnzibati binanin və həyətyanı sahənin ümumi vəzəyyətini daim nəzarətdə saxlanması, elektrik sistemində nasazlıqlar, çatışmazlıqlar haqda birbaşa rəhbərə məruzə edilməsi, problemləri aradan götürmək üçün şöbənin əməkdaşlarının cəlb edilməsi
• Santexnika işləri, su təsərrüfatının tənzimlənməsi, s şaxtalarına, xətlərin ümumi vəziyyətinə və syun təmizliyinə nəzarət
• Binanın və həyətyanı sahənin texniki vəziyyətinin monitorinqi (liftlərin işləməsi, işıqlandırma, havalandırma, qazanxananın, sanitar qovşaqlarının, yeməkxananın, əsas və qəza çıxışlarının vəziyyəti) və mövcud vəziyyət haqda rəhbərliyə gündəlik hesabat
• Mebellərin təmir olunması, quraşdırılması, yerdəyişməsi. Boya işlərinin icrasına nəzarət, qapı və pəncərələrdə başverən nasazlıqların aradan qaldırılmasının təşkili
• Qazanxana operatoruna köməklik (sistemin havasının alınması, hava kanallarının yoxlanılması, açılıb bağlanılması, qurğuların işlək vəziyyətində olmasının mütəmadi yoxlanılması. Qazanxana təhvil-təslim jurnalına nəzarət
• Təmirə ehtiyacı olan avadanlığın müəyyənləşdirilməsi və təmirin təşkili
• Əməyin mühafizəsi üzrə mütəxəssislərə dəstək
• Məlumatların “şirkət sirri” kimi qorunub saxlanılması

TƏLƏB OLUNAN BİLİK VƏ BACARIQLAR
• Təhsil: Ali texniki
• Kompetensiyalar: Fəal, aktiv, insanlarla ünsiyyət qurmaq bacarığı, stress hallarda və komanda ilə iş
• Müəyyən sahələrdə peşəkarliq (dərəcələri) Qazanxana, mebel, santexnika, mühəndis işlərində
• bilik və bacarıqlarının olması
• İş təcrübəsi Təsərrüfat məsələləri üzrə iş təcrübəsi minimum 3 il
• Dil və İT bilikləri Azərbaycan dili – sərbəst, rus dili-orta. Microsoft Excel, Outlook, Word – əla

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi [email protected] ünvanına göndərin. Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.
Deadline: 31.01.2018