Bankda gənc və təcrübəsiz namizədlərə İŞ İMKANI!

0

Azərbaycanın dayanıqlı, etibarlı, 25 illik tarixə malik olan bankı – “Rabitəbank” ASC aşağıda göstərilmiş sahələrə ali təhsilli, gənc, potensialı yüksək, kreativ və təşəbbüskar, pozitiv və ən əsası iş təcrübəsi olmayan gənc namizədləri dəvət edir:

• Müştəri xidməti sahəsi Baş ofis, Bakı şəhəri və rayon filialları (əməliyyatçılar, müştəri xidmətləri təmsilçiləri)
• Təşkilatçılıq və kargüzarlıq sahəsi (mütəxəssislər, rəhbər assistentləri)

Vakansiyalar üzrə tələblər:

• Ali təhsil
• Mükəmməl dil bilikləri: Azərbaycan, Rus, İngilis (upper-intermediate)
• Kommunikasiya qurma bacarıqları
• Microsoft Office proqramlarında işləmə bacarığı
• İşgüzar xarici görünüş
• Tez öyrənmə qabiliyyəti
• Analitik düşüncə tərzi

Əgər Siz yuxarıda sadalanmış kriteriyalara uyğunsunuzsa, özünüzü bank sahəsində peşəkar kimi yetişdirməyə hazırsınızsa, yeni biliklər və təcrübə qazanmaq istəyirsinizsə CV-lərinizi [email protected] mail ünvanına göndərməyiniz xahiş olunur. Mailın başlıq hissəsində müraciət etdiyiniz sahəni göstərməyi unutmayın.

*Qeyd etmək istərdik ki, fotoşəkil əlavə edilmiş CV-lərə üstünlük veriləcək və yuxarıda qeyd olunmuş kriteriyalara uyğun olan, ilkin seçimdən keçmiş namizədlər müsahibələrə dəvət alacaqlar.

Bütün gənclərimizə bol şanslar diləyirik!

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin