Müxtəlif sahələrdə Təcrübə Proqramları!

0

Interstudy-ailəsi olaraq komandamıza isdedalı, gənc təcrübəçilər axtarırıq!

Siz də artıq özünüzü bir neçə sahədə (marketinq və biznesin inkişafı, satış, tədbir və təlim təşkilatçılığı) əsl iş mühitində çalışaraq sınaya biləcəksiniz. 
Təcrübə proqramında iştirak edərək siz aşağıdakı imkanları əldə edə bilərsiniz:

– Real təcrübə (Real iş mühiti ilə tanış olacaqsınız. Bundan yaxşı nə ola bilər ki?)
– Geniş şəbəkə (Şirkət daxilində və xaricində təşkil olunan layihələrdə iştirak edərək yeni insanlarla tanış olaraq şəbəkənizi genişləndirmə imkanı)
– Səxsi inkişaf (İnkişafınız üçün lazım olan bir çox alətlərdən (kouçinq, kitablar, təlimlər) istifadə edərək öz potensialınızı reallaşdırma yolunda ciddi addımlar atmaq imkanı)
– Gəlir (İşinizdən və nəticədən asılı olaraq, əlbəttə ki, gəliriniz də olacaq, lakin bu sizdən asılı olacaq)
-Səmimi mühitimizi qeyd edək, ya özünüz görmək istəyirsiniz?

Axtardığımız təcrübəçilərin xüsusiyyətləri:

– Diribaş (“yox” eşitməkdən qorxmayan, yeni ideyalar təklif etməkdən çəkinməyən birisi)
– Araşdırma etməyi bacaran
– Dil biliklərinizin olması sizin üstünlüyünüzdür.
– Əzmkar (İşə can qoyması şərtdir)
– Komandayla işləmək bacarığı

Müraciət edə biləcəyiniz sahələr:

– Marketinq və biznesin inkişafı
– Satış
– Tədbir və təlim təşkilatçılığı

Seçim 3 mərhələdən ibarət olacaq:

– CV forması
– Müsahibə
– Tapşırıqlar (fərdi və qrup şəklində)

CV-lərin son göndərilmə tarixi: 28 yanvar 2018-cı il

Müraciət etmək istəyən şəxslərin [email protected] ünvanına cv-göndərilməsi xahiş olunur.

Ətraflı məlumat üçün:
?C. Cabbarlı küç. 44, Caspian Plaza,korpus 3 , mərtəbə 10
?+994 12 408 9560
?+994 55 250 9560
?[email protected]

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin