Satış üzrə Menecer axtarılır!

0
411
Komandamızla birgə çalışacaq Satış üzrə Menecer  tələb olunur:
İş barədə məlumat:
  • Müştəri zənglərinin qəbul edilməsi
  • Müştərilərin qeydiyyatının aparılması və sifarişlərin qəbul olunması
  • Xidmətlər və şirkət haqqında dolğun və ətraflı məlumat verilməsi
  • Satış təmsilçilərinə satış texnikasının öyrədilməsi və idarə olunması
  • Yeni satış kanalları axtarmaq
  • Yeni müştəri cəlb etmək üçün təklif planı hazırlamaq, idarə etmək
  • Bazarın və rəqiblərin araşdırılması
  • Müştərilərlə yüksək səviyyəli münasibətlərin qurulması
  • Rəhbərliyə günlük hesabatların göndərilməsi
  • Lazımi tərcümələrin edilməsi
  • Sosial şəbəkə hesabları və bloqun idarəsi
İş rejimi:
Həftə içi – 10.00 – 19.00
Şənbə günü –  11.00 – 17.00
İstirahət günü – Bazar günü
Əmək haqqı  300 – 500 AZN ( + bonus / mükafatlandırma)
İlk ay yeni ofis açılışı sonrası iş ilə ilgili təlimlər və məhsullar haqqında məlumatlandırma təşkil olunacaq.
Namizəddən tələblər:
  • 20-35 yaş arası
  • Xoş xarici görünüşlü
  • Sağlıq – tibb sahəsində məlumatlı
  • RusAzərbaycan və Türk dillərini mükəmməl bilən
  • Bilgisayar ( MS Office, Outlook )  proqramlarına yüksək səviyyədə hakim olan
  • Turizm və ya satış sahəsində minimum 1 il iş təcrübəsi arzuolunandır
  • Səlis və işgüzar danışıq qabilyyətinə malik olan
  • İnsanlarla  yüksək ünsiyyət qurma bacarığı olan
  • Diqqətli və məsuliyyətli olan
  • Natamam ali və ya ali təhsilli
  • İşə yaradıcı yanaşan və yeni ideyaları olan girişimci xarakterli çalışanlar
Maraqlanan şəxslər şəkilli CV-lərini  “Satış üzrə Menecer” başlığı altında [email protected]  mail ünvanına göndərə bilərlər.