Qız övladlarına qarşı ayrı-seçkiliklə mübarizə – Layihə təqdimatı

0

Azərbaycan Avropa Hərəkatı tərəfindən, Avropa Komissiyasının
Maliyyə Dəstəyi ilə həyata keçirilən “Qız övladlarının həyatı: Qız övladlarına qarşı ayrı-seçkiliklə mübarizə üçün ana və qız uşaqlarının hekayələrinin paylaşılması” layihəsinin təqdimatında Sizin iştirakınız bizi məmnun edərdi.

Layihə haqqında:
-Regionlara səfər ediləcək. Səfər çərçivəsində yerli əhaliyə “Selektiv abort” mövzusunda treyninqlər keçiriləcək.
-Layihə çərçivəsində qısa metrajlı filmlər çəkiləcək.
-Layihə çərçivəsində kitab və broşüra çap ediləcək.

Azərbaycan Avropa Hərəkatı:
Azərbaycan Avropa Hərəkatının yaranması ideyası, 2004-cü ildən mövcuddur. 2012-ci ilin fevral ayında ilk Konqresini keçirən
hərəkatın 41 nəfərdən ibarət təşəbbüs qrupu, 2 il müddətində qurumun İdarə Heyəti üzvlərini və prezidentini seçib. Azərbaycan
Avropa Hərəkatı (AAH) 2012-ci ilin sentyabr ayında Beynəlxalq Avropa Hərəkatına (BAH) tamhüquqlu üzv kimi qəbul edilib.
Bununla da nümayəndəlik Beynəlxalq Avropa Hərəkatının bütün fəaliyyətlərində iştirak etmək və BAH-nın rəhbərliyinə
seçib – seçilmək hüququ qazanıb. 2012-ci ilin iyun ayında AAH Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən
qeydiyyata alınıb.
AAH və ATƏT-in Bakı ofisinin maliyyə dəstəyi ilə Azərbaycanın 14 regionunda öz nümayəndəliklərini yaradıb. Müntəzəm
olaraq Azərbaycanda Avropa dəyərlərinin təbliği istiqamətində fəaliyyət göstərən Azərbaycan Avropa Hərəkatının başlıca
məqsədi Avrointeqrasiya istiqamətində dövlət siyasətinə dəstək verməkdir.

30 yanvar
Saat: 11:00

Telefon: (+994 12) 511 52 99
Mobil: (+994 50) 512 86 38
E-mail: [email protected]
Vebsayt: www.euromove.az

Azərbaycan Avropa Hərəkatı
Ünvan: Bakı şəh., Nəsimi ray.,
Bül-bül pr. 28, mənzil 30
Poçt/index: AZ1014

Park Inn Hotel
Ünvan: Bakı şəh., Azdlıq pr. 1.
poçt/index: AZ 1000
(Park Inn Hotel, Füzuli zalı)

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin