Xanımlar üçün Biznes və Liderlik təlimləri – Ödənişsiz

0

Qısa məlumat

USAID Qadın İştirakçılığı Proqramı (QİP) ölkədə 2011-ci ildən icra edilir və əsas vəzifələri qadınlarla bağlı mühüm məsələlər üzrə ictimai məlumatlandırılmanın artırılması və qadınların qərar qəbuletmə proseslərində iştirak imkanlarının genişləndirilməsinə töhfə verməkdən ibarətdir.

Elanın məqsədi:

USAID QİP gənc xanımları, 2018-ci ilin Mart-Aprel aylarında aparılacaq 3 günlük Biznes və Liderlik təlimlərində iştirak etməyə dəvət edir.

Proqram iştirakçıya hansı bilikləri verəcək:

Təlimdə iştirakçılar kiçik biznes təşəbbüslərinin həyata keçirilməsi, biznes planın tərtibi,marketinq strategiyasının qurulması, maliyyə hesabatlarının idarə olunması və eni zamanda liderlik və ünsiyyət bacarıqlarının artırılması yollarını mənimsəyəcəklər.

Təlim hansı dildə aparılacaq:

Azərbaycan

Kim iştirak edə bilər?

• Azərbaycan Respublikasının vətəndaşları
• Əslən Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran-Astara və Sumqayıt şəhərindən olan  və yaşı 18-25 olan gənc xanımlar.

Təlimlərin keçiriləcəyi ərazi:

Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran-Astara regionları və Sumqayıt şəhəri

Müraciət üçün son tarix:

21 fevral, 2018 – ci il

Qeydiyyat üçün və ətraflı məlumat üçün bura daxil olun!