17 ədəd müxtəlif sahələrə aid Müsabiqə Elanları bir arada!

0

1) “İstedad Sorağında-3” yaradıcılıq müsabiqəsi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, “Mədəniyyət” qəzeti və  Xətai Sənət Mərkəzinin  təşkilatçılığı, AZƏRTAC – Azərbaycan  Dövlət  İnformasiya Agentliyi və Azpress – Video-foto İnformasiya Agentliyinin xəbər saytının informasiya dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti  İli”  çərçivəsində      “İSTEDAD SORAĞINDA-3” yaradıcılıq müsabiqəsini elan edir.

Müsabiqə  istedadlı gənclərin üzə çıxarılması, onların yaradıcılığının dəstəklənməsi, yüksək sənət meyarlarına cavab verən yeni təsviri sənət əsərlərinin yaradılmasının stimullaşdırılması, yetişməkdə olan nəslin təsviri sənətə marağının daha da artırılması məqsədilə keçirilir.

Ətraflı məlumat və qeydiyyat üçün bura daxil olun!

==================

2) Vizam.az startapı yeni logo müsabiqəsi elan edir

Vizam.az startapı üçün yeni logo müsabiqəsi elan edirik. Mükafat fondu 300 AZN-dir. Şirkət dünyanın müxtəlif ölkələrinə səyahət və təhsil vizaları üzrə viza dəstəyi göstərir.

Ətraflı məlumat və qeydiyyat üçün bura daxil olun!

================

3) “Şəhid Şəhər” adlı respublika uşaq rəsm müsabiqəsi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası , Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı və Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTACın informasiya dəstəyi ilə Azərbaycan tarixinə ən dəhşətli və faciəvi səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək və qan yaddaşımıza əbədi həkk olunmuş soyqırımı hadisəsini unutdurmamaq məqsədi ilə “Şəhid Şəhər” adlı respublika uşaq rəsm müsabiqəsi elan edir.

Ətraflı məlumat və qeydiyyat üçün bura daxil olun!

==============

4) “Azərbaycan kinosu: dünən, bu gün, sabah” adlı məqalə və resenziyalar müsabiqəsi elan edilib

Azərbaycan Respublikasının Kinematoqrafiyaçılar İttifaqı Azərbaycan kinosunun 120 illik yubileyinə həsr olunmuş “Azərbaycan kinosu : dünən, bu gün, sabah” adlı məqalə və resenziyaların müsabiqəsini elan edir.

İttifaqdan AZƏRTAC-a bildirilib ki, müsabiqə kinematoqrafiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, gənc və istedadlı müəllifləri aşkara çıxarmaq, həmçinin milli kinomuza yeni fikir gətirmək məqsədilə keçirilir. Müsabiqə, həm də digər sahələrdə çalışan gənclərə, kinoda özlərini sınamaq imkanı yaratmaq və bununla da mövcud rəqabəti gücləndirmək üçün nəzərdə tutulub.

Ətraflı məlumat və qeydiyyat üçün bura daxil olun!

===================

5) Vokalçıların Müslüm Maqomayev adına V beynəlxalq müsabiqəsinə ərizə qəbulu başlayıb.

Oktyabrın 19-20-də Moskvada Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun təşkilatçılığı ilə Vokalçıların Müslüm Maqomayev adına V beynəlxalq müsabiqəsi keçiriləcək.

AZƏRTAC Fondun rəsmi saytına istinadla xəbər verir ki, müsabiqənin I turu (seçim) “Vegas City Hall”, II turu (final) “Crocus City Hall” səhnəsində təşkil olunacaq.

Bu müsabiqə qabiliyyət, istedad və sənətkarlığını həm klassik, həm də estrada repertuarında göstərmək imkanı olan vokalçıların yaradıcılığına baxışdır. Müsabiqədə təşkilat komitəsinə ərizə, müvafiq sənəd və videomaterial təqdim etmiş 20-35 yaş arasında olan xüsusi musiqi təhsilinə malik ifaçılar, yaxud ali musiqi məktəblərinin və kolleclərinin tələbələri iştirak edə bilərlər. İlkin dinləmə və baxışın yekunlarına əsasən təşkilat komitəsi tərəfindən 15-dək ifaçı seçilərək müsabiqəyə dəvət alacaq.

Ətraflı məlumat və qeydiyyat üçün bura daxil olun!

======================

6) “Vətənim Azərbaycan” adlı vətənpərvərlik mövzusunda şeir qiraəti müsabiqəsi

26 ildir ki, müstəqilliyini qazanmış Azərbaycan Respublikasının torpaqlarının işğal altında olmasını, qloballaşmanın sürətlə getdiyi bir zamanda milli-mənəvi dəyərlərimizin məhv olma təhlükəsini və s. məqamları nəzərə alaraq daim gənc nəslə vətənpərvərlik ruhu aşılmağa böyük ehtiyac olduğu təsdiqlənir. Dövlət qurumlarının, QHT-lərin, medianın və s. bu istiqamətdə apardığı təbliğat bu gün üçün qənaətbəxşdir. Amma bu istiqamətdə nə qədər çox iş görülsə yenə də azdır. Bu səbəbdən Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə razılaşdırılmış şəkildə, “Müasir İnkişaf” İctimai Birliyinin və “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycanda Atatürk Mərkəzinin təşkilati, www.dialoq.info saytının və Dialoq TV-nin informasiya dəstəyi ilə vətənpərvərlik ruhunda yazılmış şeirlərin qiraətlə deyilməsi mövzusunda Bakı şəhərindəki orta məktəb şagirdləri arasında müsabiqə təşkil edilir.

Müsabiqənin əhatə dairəsi: 2017-2018-ci illər üzrə ilk müsabiqə əsasən Bakı şəhərindəki orta məktəbləri əhatə edəcək.  Bakı şəhərindəki orta məktəblərin bütün şagirdləri (yaşından asılı olmayaraq) bu müsabiqədə iştirak edə bilərlər.

Ətraflı məlumat və qeydiyyat üçün bura daxil olun!

==================

7) Qoruq İdarəsi ədəbiyyat müsabiqəsi elan edib

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ədəbiyyat müsabiqəsi elan edib. Qoruq İdarəsindən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin keçirilməsində məqsəd istedadlı yazarların üzə çıxarılması ilə yanaşı, həm də paytaxt həyatını əks etdirən parlaq epizod və maraqlı hekayələrdən ibarət toplu hazırlamaqdır. Xəzər sahilində yerləşən doğma şəhərimiz isə hər küçəsi, hər dalanı maraqlı hadisə, sirr və həyat hekayəsi ilə doludur…

Müəlliflər üçün janr seçimi və hadisələrin təsvir olunacağı tarixi dövr sərbəstdir. Müsabiqəyə təqdim edilən əsərdə Bakı şəhərinin tarixi yerləri də təsvir edilə bilər, yaxud əksinə, mətndə şəhərin ayrı-ayrı guşələri təsvir olunan hadisələrin fonu kimi də təqdim oluna, təxəyyül məhsulu ilə gerçək hadisələr qovuşa da bilər.

Ətraflı məlumat və qeydiyyat üçün bura daxil olun!

==================

8) Vişeqrad Fondu qrant müsabiqəsi elan edir

Vişeqrad Fondu qrant müsabiqəsi elan edir.
Son qeydiyyat tarixləri: 1 fevral, 1 iyun və 1 oktyabr. Hər bir hüquqi şəxs Vişeqrad Fonduna layihə təqdim edə bilər. Müraciətlər onlayn şəkildə qəbul olunur. Əsas prioritetlər: mədəniyyət, təhsil, innovasiya və sahibkarlıq, demokratik dəyərlər, media, ictimai siyasət və sairdir.

Ətraflı məlumat və qeydiyyat üçün bura daxil olun!

=================

9) İlk dəfə xanım jurnalistlər arasında müsabiqə keçirilir

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və “Kaspi” qəzeti 8 mart Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə xanım jurnalistlər arasında fərdi jurnalist yazıları müsabiqəsi elan edir.
“Azərbaycanın maarifçi qadınları” mövzusunda keçirilən müsabiqəyə yazıların qəbulu 08 dekabr 2017-ci il tarixində başlayır, 8 fevral 2018-ci il tarixində başa çatır.
Elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində – qəzet, jurnal və informasiya agentliklərində fasiləsiz çalışan xanım jurnalistlər müsabiqəyə yazı verə bilərlər.
Müsabiqənin şərtlərinə görə, hər xanım jurnalistin Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”ya düşməyən mətbuat orqanlarında (9-11 min işarə) həcmində dərc olunan yalnız bir yazısı qəbul olunacaq. Yazının sonunda “Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və “Kaspi” qəzetinin keçirdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.

Ətraflı məlumat və qeydiyyat üçün bura daxil olun!

=====================

10) 2018-2020-ci illər üçün elmi tədqiqat proqramları ilə bağlı müsabiqə elan olunub

AMEA-nın Rəyasət Heyətinin qərarı ilə 2018-2020-ci illər üçün elmi tədqiqat proqramlarının işlənməsi, seçilməsi və maliyyələşdirilməsi məqsədilə respublika müsabiqəsi elan olunur.

Müsabiqəyə təqdim edilən proqramlar hazırlanarkən aşağıdakı elmi istiqamətlər üzrə dünyada elmin, texnologiyaların inkişaf meylləri nəzərə alınmalı, multidissiplinar və kompleks xarakterli olmaqla, fundamental və tətbiqi elmin aktual problemlərinin həllinə, həmçinin ölkənin sosial-iqtisadi və mədəni inkişafına, onun müdafiə qüdrətinin artırılmasına yönəlməlidir

Ətraflı məlumat və qeydiyyat üçün bura daxil olun!

===================

11) LEGO Sumo robototexnika olimpiadası keçiriləcək

Western Caspian University LEGO Sumo robototexnika olimpiadasına START verir

Qərbi Kaspi Universiteti (Western Caspian University) məktəblilər arasında LEGO Sumo robototexnika olimpiadasına START verir!
Qərbi Kaspi Universiteti tərəfindən təşkil olunan məktəblilərarası robototexnika olimpiadasının keçirilmə məqsədi məktəblilər arasında mühəndislik ixtisaslarının təbliği, bütün dünyada, o cümlədənölkəmizdə də əmək bazarında tələbat olan robototexnika mühəndisliyinin məktəblilər arasında təbliği və məktəblilərin təcrübə işlərini geniş kütləyə göstərməkdən ibarətdir.
Olimpiada dünyaca məşhur LEGO (ev3) robototexnika konstruktoru üzərində keçiriləcəkdir. Olimpiada şərtinə əsasən iştirak edəcək olan hər komanda Qərbi Kaspi Universiteti tərəfindən veriləcək LEGO ilə yapon milli güləşiçisi olan SUMO döyüşçüsü hazırlamalıdır. Hazırlanacaq olan robotun ölçüləri eni və uzunluğu 15sm, çəkisi 1000 qramı keçməməli, hündürlük isə istənilən ölçüdə ola bilər. Hazırlanan robotlar diametri 77 sm qara rəngli, kənar ağ xətt çizgiləri 2.5 sm olan sahədə bir-birini sahədən kənara çıxarmaqla döyüşəcəklər.

Ətraflı məlumat və qeydiyyat üçün bura daxil olun!

=======================

12) Uduş fondu – $20 000 olan IT çempionatında qeydiyyatdan keçmək imkanınız var

Sizin gənclər arasında keçiriləcək “Golden Byte-2018” beynəlxalq IT çempionatında qeydiyyatdan keçmək imkanınız var. Uduş fondu – $20 000!

“Golden Byte” nədir?

Çempionat artıq 10-cu dəfədir baş tutur. Hər il çempionatda Ukraynadan, Belorusiyadan, Qazaxıstandan, Rumıniyadan, Slovakiyadan, Bolqarıstan və Moldovadan 10 000-dən çox gənc iştirak edir. Bu il Azərbaycan artıq ikinci dəfə olaraq bu çempionatda iştirak edir, və buna görə sənin öz ölkəni beynəlxalq səviyyədə təmsil etmək şansın var.

Ötən il ölkəmizi təmsil edən iştirakçılar vətənə 2 qızıl və 2 bürünc medalla qayıtmışdırlar. Bu il sən bu rekordu qıra bilərsən!

2018-ci ildə iştirakçılara “Create the new world” mövzusunda aşağıdakı nominasiyalar üzrə mübarizə aparacaq

Ətraflı məlumat və qeydiyyat üçün bura daxil olun!

====================

13) “Yer planeti irsi” adlı foto müsabiqə keçiriləcək

“Romualdo Del Bianko” fondu Mədəniyyət və Turizm Nazirliyinin  dəstəyi ilə “Yer planeti irsi” adlı foto müsabiqə keçiriləcəkdir.

Foto müsabiqənin məqsədi gənc nəsil arasında mədəni və təbii irsin qorunmasını təbliğ etməkdir:

Müsabiqə 3 mövzunu əhatə edəcəkdir:

“İrs (maddi və qeyri maddi)”

“Səyahət”

“Mədəniyyətlər arası  dialoq”

İl ərzində keçiriləcək müsabiqənin ümumi uduş fondu 10000 avrodur.

Ətraflı məlumat və qeydiyyat üçün bura daxil olun!

======================

14) Qısametrajlı bədii film layihələri müsabiqəsi elan olunub

Kinematoqrafiya sahəsində fəaliyyət göstərən gənclərin yaradıcılığını stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qısametrajlı bədii film layihələri müsabiqəsi elan olunmuşdur.

Müsabiqədə film istehsalı ilə məşğul olan müstəqil kino şirkətləri iştirak edə bilər. Müsabiqəyə qatılmaq istəyən müstəqil fəaliyyət göstərən gənc müəlliflər işlərini kino prodüser  mərkəzlərinə təqdim etməlidirlər.

Ətraflı məlumat və qeydiyyat üçün bura daxil olun!

=======================

15) 2018-ci il üçün dövlət mükafatlarına əsərlərin qəbulu elan olunub

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası 2018-ci il üçün dövlət mükafatlarına əsərlərin (işlərin) qəbulunu elan edib.

Müvafiq sənəd və materiallar Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2010-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Mükafatları Komissiyasının Əsasnaməsində göstərilən qaydalara uyğun hazırlanmalı və 2018-ci il aprelin 1-dək Komissiyaya təqdim edilməlidir.

Ətraflı məlumat və qeydiyyat üçün bura daxil olun!

======================

16) Mir Cəlal adına hekayə müsabiqəsi elan edildi

Azərbaycanın mənəvi sərvətlərini təbliğ edən “Ədibin evi” (XX əsr ədəbiyyatının klassiki  Mir Cəlalın 1930-1940-cı illərdə yaşadığı ünvan) müasir Azərbaycan ədəbi prosesinin inkişafına təkan vermək məqsədi ilə Mir Cəlal adına Hekayə müsabiqəsi elan edir

Ətraflı məlumat və qeydiyyat üçün bura daxil olun!

=========================

17) “Sağlam Bir Dünya üçün Yaşıl Enerji” mövzusunda ən yaxşı tələbə elmi işi müsabiqəsi

Azərbaycan Universiteti

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi

ilə birlikdə SAĞLAM BİR DÜNYA ÜÇÜN YAŞIL ENERJİ mövzusunda ən yaxşı tələbə elmi işi müsabiqəsi elan edir.

Müsabiqə tələbə, magistrant, doktorant və dissertantların yaradıcı və intellektual potensialının ortaya çıxarılması və formalaşmasına, onların yaradıcılıq qabiliyyətinin aşkarlanması və stimullaşdırılmasına xidmət edir.

Müsabiqənin keçirilməsində əsas məqsəd gənclər arasında elmə, texnologiya və innovasiyalara maraq oyatmaq, gəncləri qlobal elmi problemlərin həllinə cavab axtarışına cəlb etmək, onların elm haqqında təsəvvürlərini cəmiyyətin vacib dəyəri kimi genişləndirməkdir.

Ətraflı məlumat və qeydiyyat üçün bura daxil olun!

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin