HUMANİTAR ELMLƏRDƏ TƏDQİQAT METODLARI MÖVZUSUNDA TƏLİM KURSU

0
444

Xəzər Universiteti Psixologiya Departamenti və Xəzər Psixoloji Xidmət Mərkəzi humanitar elmlərdə təlim kurs təşkil edir. Kursun həftədə iki dəfə olmaqla 1.5 ay müddətində keçirilməsi nəzərdə tutulur. Dərslərin 15 fevral 2018-ci il tarixindən aparılması nəzərdə tutulur.

Hədəf qrup və iştirak şərtləri: Kurs əsasən ali məktəbin humanitar fənnlər üzrə (politologiya, beynəlxalq əlaqələr, sosiologiya, psixologiya, iqtisadiyyat və bənzəri)bakalavr və magistratura pilləsində təhsil alan, tədqiqat aparmaq niyyəti olan gənclər üçün nəzərdə tutulmuşdur. Kursda iştirak haqqı 120 AZN-dir. Kurs hər həftə 2 dəfə olmaqla 1.5 ay müddətində keçirilməsi nəzərdə tutulmuşdur. Hər kurs 15-20 nəfərdən ibarət olacaq.
Kursun metodologiyası və qiymətləndirmə: Kurs, hər biri 2.5 saat olmaqla 12 dərsdən ibarətdir. Hər bir dərs nəzəri hissə, müzakirə hissəsi və praktiki iş hissəsindən ibarətdir. Kursun birinci günündə hər ixtisas üzrə kiçik qrupların formalaşdırılması və ixtisas üzrə tədqiqat mövzularının seçilməsi nəzərdə tutulur. Praktiki tapşırıqlar əvvəlcədən seçilmiş tədqiqat mövzuları üzrə aparılacaq və kursun sonunda qeyd edilən tədqiqat mövzularının planı hazır olacaq. Qiymətləndirmə hər bir dərsin sonundakı fəallıq, praktiki tapşırıqların düzgün yerinə yetirilməsi və kursun sonundakı test yoxlamasına görə həyata keçiriləcək.
Kursun üstünlükləri və faydaları: Bu kursu keçən şəxslər
Araşdırma planının qurulması və araşdırma layihəsini düzgün tərtib etməyi bacaracaq
Tədqiqat aparmaq zövqlü bir işə çevriləcək
Tələbələr buraxılış işlərini, tədqiqat işlərini hər hansı bir köməyə ehtiyac qalmaqdan daha keyfiyyətli şəkildə həyata keçirə biləcək
Tədqiqat işlərində komanda ilə işləmək vərdişlərinə yiyələnəcək

XÜSUSİ QEYD: Təlim kursunda iştirak edən hər bir iştirakçı gələcək tədqiqatlarında təlimçilərdən 3 saat pulsuz məsləhət almaq hüququ əldə edəcək.

Təlimdə iştirak edəcək şəxslər və ya təlim haqqında ətrafli məlumat əldə etmək istəyən şəxslər aşağıdaki telefon nömrəsi və e-maillə əlaqə saxlaya bilərlər.

e-mail: [email protected]
telefon: (050) 3298978