Şəffaf Forum

0

2018-ci ilin 3 fevral tarixində saat 2-də Beynəlxalq Anti-Korrupsiya Akademiyasının (İACA) magistr proqramının 2016-cı il məzunlarının iştirakı ilə Şəffaf Forum keçiriləcəkdir. Forumda iştirak edəcək panelistlər İACA-da müdafiə etdikləri elmi işləri və onun nəticələri barədə iştirakçıları məlumatlandıracaq və onların suallarını cavablandıracaqdır.

Formun iştirakçıları:
Elnur Musayev – Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru
Məftun Abbasov – “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktorunun müavini
Kamal Cəfərov – Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi
Vüqar Məmmədov – Azərbaycan Respublikasının Milli Məclisinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı
Süleyman Rüstəmov – Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin əməkdaşı

QEYD: Azərbaycan Respublikası Beynəlxalq Antikorrupsiya Akademiyası təşəbbüsünə dəstək verən və bu təşkilata ilk qoşulan ölkələrdən biri olmuşdur. Azərbaycan Respublikasının “Beynəlxalq Antikorrupsiya Akademiyasının beynəlxalq təşkilat qismində təsis edilməsi haqqında” Qanunu ilə 2012-ci ildə bu təşkilata qoşulmuşdur. İACA korrupsiyaya qarşı mübarizə sahəsində bilik və bacarıqların təkmilləşdirilməsi istiqamətində qısa və uzun müddətli seminar və konfranslar, yay məktəbləri təşkil edir. Belə ki, İACA dünyada ilk dəfə olaraq antikorrupsiya elmləri haqqında magistr proqramı təqdim edir.

Azərbaycan Antikorrupsiya Akademiyasının təqdimatında növbəti “Şəffaf Forum” tədbirində iştirak etmək üçün qeydiyyat forması:

Qeydiyyat

Yer sayı məhdud olduğundan ilkin müraciət edən şəxslərə üstünlük veriləcəkdir.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin