“Magistr” jurnalının 2-ci nömrəsi nəşr olunub

0
380

Dövlət İmtahan Mərkəzi 2018/2019-cu tədris ili üçün  magistraturaya qəbul elan etmişdir.  

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul haqqında elanın tam mətni, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası, müsabiqə şərtləri, “Bakalavrın elektron ərizəsi” formasının doldurulma qaydası və onun nümunəsi, magistratura səviyyəsinə qəbula hazırlaşan bakalavrlara kömək məqsədilə ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsini, informatika üzrə bilikləri, xarici dilləri bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri “Magistr” jurnalının 2-ci sayında dərc edilmişdir. 

Jurnalı aşağıdakı keçiddə qeyd olunan ünvanlardan əldə edə bilərsiniz: http://www.abiturient.az/index.php?status=elaqe&lang=az