Çin Xalq Respublikasında təhsil təqaüdü

0

Təqaüd proqramı Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2016-cı il tarixli
Fərmanı ilə təsdiqlənmiş 10.12.2015-ci il tarixli “Azərbaycan Respublikasının Təhsil Nazirliyi
ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil
sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin
vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri
ixtisas üzrə təhsil almaq imkanı yaradır.
Tədris dili çin dilində olan ixtisaslarda təhsil almaq hüququ qazanacaq tələbələr bir
və ya iki il müddətində çin dili üzrə hazırlıq kursu keçməli, ingilis dilli proqramlara müraciət
edən şəxslər isə müvafiq dil sertifikatına malik olmalıdır. Proqramda iştirak edən
universitetlərin siyahısı ilə keçiddən tanış ola bilərsiniz.
İxtisas seçimi üzrə məhdudiyyət tətbiq edilmədiyinə görə, təhsil almaq istədiyiniz
ixtisasın müəyyən edilməsi məqsədilə müsabiqədə iştirak edən universitetlərin internet
səhifələrində müvafiq məlumatlarla tanış olmağınız xahiş olunur.
Nəzərinizə çatdırırıq ki, təhsil müddəti ixtisasdan asılı olaraq bakalavriat səviyyəsi
üzrə 4-5 il, magistratura səviyyəsi üzrə 2-3 il və doktorantura səviyyəsi üzrə 3-4 il arasında
dəyişir.
Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşlarında
15 fevral 2018-ci il saat 15:00-dək tələb olunan bütün sənədlərin surətini (skan pdf
formatında) elektron poçtla [email protected] ünvanına göndərmələri xahiş
olunur.
 Tələb olunan sənədləri göndərən namizədlərin sənədləri müsahibə meyarlarına
uyğun olduğu təqdirdə, onlarla fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət
olunacaqlar;
 Müsahibənin dəqiq vaxtı və yeri barədə məlumat namizədlərə elektron poçt
vasitəsilə bildiriləcəkdir;
 Müsahibə üçün təyin olunmuş vaxta 15 dəqiqədən çox gecikən şəxslər
müsahibəyə buraxılmayacaqdır;
 Hər bir namizədlə keçiriləcək müsahibə 10-15 dəqiqə ərzində davam edir,
müsahibədə audio-video çəkiliş aparılır;
 Seçim nəticələrinə dair apellyasiya verilməsi nəzərdə tutulmur;
Elektron poçtla göndərilən sənədlərin əslini mütləq qaydada müsahibə zamanı
əlaqədar şəxsə təqdim etməyiniz xahiş olunur.

Qeyd. Sənədlərini adi poçtla Təhsil Nazirliyinə və ya digər şəxslərə göndərən, eyni
zamanda nazirliyin qəbul şöbəsinə şəxsən təqdim edənlərin müraciətləri nəzərə
alınmayacaqdır.

China-elan-2018

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin