“Kaspi” təhsil şirkəti azərbaycan və rus bölmələri üzrə aşağıdakı istiqamətlərdə Kaspi Təcrübə Proqramını elan edir:
Azərbaycan dili və ədəbiyyatı, Rus dili və ədəbiyyatı, Riyaziyyat, İngilis dili, Rus dili, Kimya, Fizika, Biologiya, Tarix, Coğrafiya, İnformatika, Məktəbəqədər təhsil, İbtidai sinif müəllimliyi.
Tələb olunan bilik və bacarıqlar:
►Peşəsinə yüksək motivasiya ilə yanaşma;
►Fərdi və komandada işləmək bacarığı;
►Yüksək çalışmaq və öyrətmək həvəsi.
Minimum vakansiya tələbləri:
Təhsil səviyyəsi: bakalavriat pilləsinin 4-cü kurs tələbələri; magistratura pilləsinin 1 və 2-ci kurs tələbələri; 2015, 2016 və 2017-ci ilin məzunları.
Vəzifə öhdəlikləri:
►Dərs materiallarının hazırlanmasına köməklik göstərmək;
►Şagirdlərlə dərsdənkənar əlavə məşğələlər keçmək;
►Açıq dərslər hazırlamaq və təqdim etmək;
►Qiymətləndirmə materiallarının sistemləşdirilməsinə köməklik göstərmək;
►Dərslərdə müşahidəçi qismində iştirak etmək.
İş yeri: “Kaspi” liseyləri, “Kaspi” bağçaları, “Kaspi” təhsil mərkəzləri
Elan tarixi: 5 Yanvar, 2018-ci il
Son tarix: 5 Fevral, 2018-ci il
İş saatları: Dərs cədvəlinə əsasən
Müddəti: 3 ay
Ödənilir: Nahar və yol xərcləri
Təcrübə proqramının sonunda tələbələr (məzunlar) “Kaspi” Təhsil Şirkəti tərəfindən sertifikatla təmin olunacaqlar.
Təcrübə proqramını uğurla bitirən təcrübəçilər işlə təmin olunma imkanı əldə edəcəklər.
Qeyd: Namizədlər onlayn müraciət formasında iddia etdiyi vəzifə bölməsindən Təcrübəçi vəzifəsini seçməklə müraciət edə bilərlər.