“Breyn Rinq” yarışmasında iştirak etmək istəyənlərin nəzərinə!

0
903

Siz eyni universitetdə təhsil alır, bir bölgədə yaşayır və ya bir yerdə işləyirsiz?

O zaman sizin Breyn Rinq seçimlərinə qatılıb yeni mövsümündə oynamaq şansınız var!

Bunun üçün komandanızın heyətini, haranı (bölgə, universitet, şirkət) təmsil etdiyini və əlaqə telefonlarını [email protected] ünvanına göndərin.

Komandanız bölgəni təmsil edirsə 6 nəfərdən ən azı 4 nəfər ora qeydiyyatında olmalıdır. Ali məktəbi təmsil etdiyiniz halda 6 nəfərdən 5-i eyni təhsil müəssisəsindən olmalıdır.

ADNSU və BDU tələbələrinə bu elana xüsusən diqqət ayırmağı məsləhət görürük.

DIQQƏT! BU ELAN ORTA MƏKTƏB KOMANDALARI ÜÇÜN DEYIL!

Son müraciət tarixi 7 fevral saat 18:00.
Seçimlər şənbə günü, 10 fevral tarixində keçiriləcək!