Cəmilə İsgəndər-Buasson ilə görüş!

0

“Müasir biznes yaradıcılıq prizmasından”

Tədbirimizin qonağı JA-PR & Consultancy şirkətinin sahibi, JEMMA ALEKSANDER geyim brendinin və JA-Lifestyle onlayn jurnalının yaradıcısı Cəmilə İsgəndər-Buassondur.

Görüş zamanı ideyaların yaranması, yaradıcı təşəbbüslərin layihələrdə reallaşdırılması, gizli marketinq, özünütəsdiqləmə və bir çox başqa məsələlərdən söhbətlər gedəcək.

Təhsilcə Cəmilə İsgəndər-Buasson rəssamdır. O, öz yaradıcılıq potensialını bir çox incəsənət layihələrində Azərbaycanın Əməkdar rəssamı Rəşad Mehdiyevlə birgə əməkdaşlığı sayəsində göstərib. Bununla yanaşı Cəmilə JA Art-Cakes qastronomiya layihəsi ilə də məşğul olur. Onun tort üzərində unikal gül-çiçək kompozisiyaları incə və əla zövqə malik əsl sənət əsərləridir. Ekoloji təmiz və dadlı bu tortlar insanların rəğbətini qazanıb.

7 fevral saat 19:00
Giriş sərbəstdir