Dövlət qulluğuna qəbul üçün 17 dekabrda keçirilən test imtahanından keçən namizədlərin nəzərinə!

0

Dövlət qulluğuna qəbul üçün 17 dekabr 2017-ci il tarixdə keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlərin nəzərinə!
17 dekabr 2017-ci il tarixdə keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlərin sertifikatlarının verilməsinə başlanılıb.
İnzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün 17 dekabr 2017-ci il tarixdə keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlər müvafiq sertifikatı əldə etmək üçün Dövlət İmtahan Mərkəzinə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) şəxsən müraciət edə bilərlər. Müraciət edən şəxslər sertifikatı almaq üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin