İctimai idarəetmə ixtisası üzrə ÖDƏNİŞSİZ kurslar!

0

Gənclərimizin diqqətinə! Public Administration Academy 2-ci dəfə keçirilən hazırlıq kurslarına iştirakçı yığımı elan edir. Akademiyada akademik səviyyədə peşəkar müəllimlər və təlimçilər tərəfindən ictimai idarəetmə ixtisası üzrə kurslar keçiriləcəkdir. Bunlarla yanaşı elmi tədqiqat metodları da əlavə kurs kimi keçiriləcəkdir. Daha əvvəlki kurslarımızı 2 ay ərzində davam etdik, 45-ə yaxın iştirakçımıza bakalavr pilləsində keçirilməyən lakin olduqca aktual və praktiki bilikləri iştirakçılarımıza çatdırmışıq.

Akademiyada aşağıdakı kurslar 8 həftə ərzində keçiriləcəkdir:

1. İctimai xidmətlər və elektron-hökümət (həftəlik 2 saat, Prof.Fərhad Mehdiyev)

2. İctimai idarəetmənin əsasları və yaxşı idarəçilik standartları (Dos.Ədalət İbadov)

3. Rəqabət hüququ və anti-inhisar siyasəti (həftəlik 2 saat, Eldar Qocayev, Ph.D)

4. Pul siyasəti (həftəlik 2 saat, Dos.Murad İsgəndərov)

5. Media hüququ (həftəlik 2 saat) 6. Şirkətlər hüququ (həftəlik 2 saat)

7. İnsan hüquqları (həftəlik 2 saat)

8. Araşdırma metodları (həftəlik 2 saat) İştirak etmək istəyənlər seçmək istədikləri 6 dərsin adını bildirəcək, bu dərslərdən onlara 4 dərs veriləcəkdir, əlavə dərs istəyənlərin də müraciətinə baxılacaqdır.

Dərslər 16.30 – 20.20 arasında keçirilir. Dərslərin ilk həftəsində iştirakçılar 30 azn depozit ödəyir, bu depozitlər hər bir dərs üçün 30%-dan çox davamsızlıq göstərildiyi hallarda geri qaytarılmır. Kursu müvəfəqiyytlə tamamlayan iştirakçılara sertifikat verilir.

Kimlər iştirak edə bilər: humanitar elmlərdə (iqtisad, hüquq, siyasət, jurnalistika) bakalavr və magistr tələbələri, məzunlar.

Son qeydiyyat tarixi: 07 Fevral 2018

Qeydiyyat yeri