Magistraturaya qəbul imtahanının I mərhələsi üzrə sınaq imtahanı keçirilib

0
213

Magistraturaya qəbul imtahanının I mərhələsi üzrə sınaq imtahanı keçirilib.

DİM tərəfindən 4 fevral 2018-ci il tarixində ali təhsil müəssisələrinin və AMEAnın magistraturalarına qəbul imtahanının birinci mərhələsi üzrə sınaq imtahanı keçirilib.
İmtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 4 binada təşkil olunub. İştirakçılara biliklərini yoxlamaq üçün zəruri şərait yaradılıb.
İmtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanıb və 2 saat 30 dəqiqə davam edib. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib və mütəmadi olaraq imtahan keçirilən mərkəzlərlə əlaqə saxlanılıb. İmtahan bütün binalarda təlimata uyğun həyata keçirilib.
İmtahan nəticələrinin yaxın 2 gün ərzində elan edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, sınaq imtahanının məqsədi  bakalavrlara münasib vaxtda qapalı və açıq formalı test tapşırıqları vasitəsi ilə onların verbal və riyazi məntiqini, fəza təfəkkürünü , İKT və xarici dil üzrə bilik, bacarıq və vərdişlərini yoxlamaq, bununla da onların həm imtahan texnologiyalarına alışmaları, həm də imtahana hazırlıq səviyyələrini yoxlamaları üçün imkanın yaradılmasıdır.