“Əsas həyat bacarıqları” – Təlimlər toplusu

0
659

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə UNİCEF-in birgə layihəsi çərçivəsində Binəqədi Gənclər evində keçiriləcək “Əsas həyat bacarıqları” adlı təlimlərə qeydiyyat başladı!
Təlimlər sizin müstəqil düşüncənizə, özünə inam, şəxsi inkişaf, stresə davamlılıq və məqsədlərinizi müəyyənləşdirməyinizə tövhə vermək məqsədi daşıyır. 19 fevraldan etibarən başlayan təlimlər 14-25 yaş arası gəncləri əhatə edəcək və hər biri 90 dəqiqə olmaqla həftədə 2 dəfə keçiriləcəkdir.
Qeydiyyat üçün aşağıdakı linkə daxil olaraq ərizə formasını doldurmağınız xahiş olunur.

Qeydiyyat