Mikromaliyyə Assosiasiyasında Təcrübə Proqramı

0
200

Azərbaycan Mİkromaliyyə Assosiasiyasına könüllü gənclər tələb olunur.
Əziz dostlar, Azərbaycan Mİkromaliyyə Assosiasiyası Sizi 3 aylıq Təcrübə proqramında iştirak etməyə dəvət edir. Bu proqramda iştirak etməklə Siz öz nəzəri bilik və bacarıqlarınızı genişləndirə və işə tətbiq edə bilərsiniz.

Təcrübə proqramına dair tələblər:
1.Ali təhsil 
2.Adobe PhotoShop, CorelDraw, MS PowerPoint və digər dizayn proqramları( başlanğıc səviyyə kifayət edir).
3.Kollektivlə işləmə bacarığı
4.Məsuliyyətli yanaşma
5.İşdə dəqiqlik və detallara fikir vermə
6.Dil bilikləri: Ən az orta səviyyədə İngilis dili bilənlərə üstünlük veriləcək
Təcrübə proqramı həftədə 5 dəfə olmaqla iş gününün yarısı ( 09:00- 13:00 vəya 14:00-18:00) əhatə edir. Təcrübə proqramını uğurla başa vuranlara Azərbaycan Mİkromaliyyə Assosiasiyası tərəfindən sertifikat və tövsiyyə məktubu təqdim olunacaqdır.

Qeydiyyat üçün daxil olun