Sumqayıtda Rasim Müzəffərli ilə görüş olacaq

0

Next Tuition Centre, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi və Sumqayıt Şəhər Gənclər Evinin birgə təşkilatçılığı ilə

10.02.2018 tarixində saat 15:00 da Gənclər Evində

1980-ci illərin əfsanəvi “OZAN” muğam-rok qrupunun yaradıcısı və rəhbəri, “Rekviem”, “Pəncərə”, “Sən getdin”, “Batmış gəminin mahnısı” və digər tanınmış musiqi əsərlərinin müəllifi, ötən əsrdə Azərbaycanda ilk qeyri-formal ictimai təşkilat kimi milli-azadlıq hərəkatının fəal iştirakçılarından biri olan “CƏNGİ” birliyinin yaradıcısı və rəhbəri olmuş, o dövrdə Azərbaycan Dövlət Televiziyasında “Ekspromt” və “Çərşənbə axşamı” verilişlərinin, 2006-2007-ci illərdə isə ANS televiziya kanalında “CƏM” ictimai-siyasi tok-şounun müəllifi və aparıcısı olmuş, Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin məzunu, Fəlsəfə elmləri namizədi, dosent, hazırda AMEA-nın sosiologiya elmləri üzrə doktorantı və yeni yaranmış “Quran nəşrləri” nəşriyyatının direktoru, tanınmış bəstəkar-şair və naşir Rasim Müzəffərli ilə görüş təşkil olunacaq.

İştirak etmək üçün aşağıdakı linkdən qeydiyyatdan keçməyiniz xahiş olunur.

https://docs.google.com/forms/d/e/1FAIpQLSd4pTbNPrCsW2DFe8I6YoCrDydw1pOko0_pLjwSnZ7J_NFSrg/viewform