ASAN kadr və Bakı Ali Neft Məktəbinin 1-ci Karyera sərgisi keçiriləcək!

0

ASAN Könüllülük Məktəbinin “ASAN kadr” karyera mərkəzi və Bakı Ali Neft Məktəbi gənclərin məşğulluğunu artırmaq üçün ilk dəfə “Karyera sərgisi” keçirəcək.

Karyera sərgisi bütün vətəndaşlar üçün açıq elan edilir. Sərgi vətəndaşlara məşğulluq, iş, təcrübə imkanları təklif edəcək, habelə müxtəlif şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə peşəkar ünsiyyət qurmağa şərait yaradacaq.

Belə ki, sərgi 2018-ci il 1 mart tarixində Bakı Ali Neft Məktəbinin yeni kampusunda saat 10:00-17:00kimi davam edəcək, sərgidə müxtəlif yerli və xarici müəssisələrin nümayəndələri iştirak edəcək. Sərginin əsas məqsədi savadlı, bacarıqlı, təcrübəli və iş potensialı ilə fərqlənən gənclərin dövlət və özəl qurumlarda işlə təmin olunmalarına dəstək olmaq və müəssisələrin mövcud iş vakansiyaları haqqında məlumat vermələri üçün şərait yaratmaqdır.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin