Dünyanın ən böyük “cleantech” biznes ideya müsabiqəsində iştirak şansı!

0

Çoxdan gözlədiyiniz xəbəri verək! ClimateLaunchpad Azerbaijan 2018 akselerasiya proqramı üçün müraciətləri açıq elan edirik!

Keçən il 35 ölkənin iştirak etdiyi, dünyanın ən böyük “cleantech” biznes ideya müsabiqəsi olan ClimateLaunchpad proqramında Azərbaycandan 13 startup qəbul olaraq 10 həftəlik akselerator proqramdan keçdilər. Və ölkə finalında top-3 startup dünya finalında Azərbaycanı təmsil edərək 105 startup içərisində ən yaxşı 15 startupdan biri olmağa nail oldular!

Bu il Azərbaycandan proqrama qəbul olunacaq 10 startup akselerator proqramı çərçivəsində proqres edərək İsveçrədə 18 aylıq akselerator (€ 95,000 avro investisiya ilə) və aşağıdakı mükafatlar uğrunda yarışacaqlar!

– Birinci yer: € 10,000 avro,
– Ikinci yer: € 5,000 avro,
– Üçüncü yer: € 2,500 avro.

+ Hər biri € 5,000 avro olmaqla 5 fərqli mövzu mükafatı (cəmi: € 25,000 avro)
+ Dünya finalında Azərbaycanı təmsil edəcək 3 startap komandasının bütün xərcləri qarşılanır!

Son müraciət tarixi: 31 Mart, 2018

Özünüzə və ideyalarınıza güvənin və müraciət edin!
Müraciət formu: goo.gl/4UfES5

Böyük NOT! Müraciət edin, mütləq! Və bu xəbəri dostlarınızla paylaşın! Keçən il partlatdıq, bu il mütləq daha böyük partlayış olacaq

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin