Azərbaycanın ilk könüllü gənclər təşkilatında 2 aylıq Təcrübə Proqramı!

0
537

Həyatımız seçimlərdən ibarətdir…

Bu seçimlərin nəticəsi həyatımızın gedişatını müəyyənləşdirir. Məhz buna görə qərarlarını özü verən insanlar həm şəxsi həyatlarında, həm də karyeralarında daha çox uğur qazanırlar. Məsələn bu mətni oxuyursunuzsa, deməli hazırda sizin qarşınızda iki seçim var:
1) Növbəti 2 ayı universitetdə 2-ci semestri “yola verə” bilərsiniz.
2) Növbəti 2 ayı AYAFE-də gələcək karyeranızda və həyatınızda sizə lazım olacaq təcrübəni, bilikləri qazana bilərsiniz.

Əgər seçiminiz 2-cidirsə AYAFE Gənclər Təşkilatının yaratdığı bu fürsəti qaçırmayın, müraciət etməyə tələsin!

AYAFE sizə nələr qazandıracaq?
– real iş mühiti ilə tanışlıq;
– praktiki iş təcrübəsi;
– komandada işləmək bacarığı;
– layihələrin yazılması;
– layihələrin idarə edilməsi;
– təşkilatçılıq bacarığı;
– beynəlxalq təcrübə qazanmaq imkanı;
– şəxsi inkişafınıza tövhə vermək imkanı;
– geniş dost şəbəkəsi və tanışlıqlar.

AYAFE kimləri axtarır?
– 16-20 yaş arası olan;
– hər gün elektron poçtunu yoxlayan;
– “yox!” eşitməkdən çəkinməyən;
– ünsiyyətcil;
– araşdırmağı sevən;
– istənilən mühitə uyğunlaşa bilən;
– səyahət etməyi sevən.

Seçim prosesi
Təcrübə proqramına seçim prosesi 3 mərhələdən ibarət olacaqdır:
1. Online müraciət mərhələsi
2. Test mərhələsi
3. Müsahibə mərhələsi

Online müraciət üçün link:
https://goo.gl/9Y2Ybz

Son qeydiyyat tarixi: 18.02.2018, 19:97

Əlavə qeydlər:
– Proqramı uğurla tamamlayan iştirakçılara #sertifikat və tövsiyyə məktubu təqdim olunacaq.
– Təcrübə müddəti iki ay ərzində davam edəcəkdir. Uğurlu olan təcrübəçilər təşkilatda qalıb fəaliyyətini davam etdirmək imkanı qazanacaqlar.
– Təcrübə proqramı tamamilə #ödənişsizdir və təcrübəçilər könüllü əsasla fəaliyyət göstərəcəklər.

Təşkilat haqqında məlumat

AYAFE Gənclər Təşkilatı 1997-ci ildə yaradılmışdır. Azərbaycanda ilk könüllü gənclər təşkilatı olan AYAFE öz qarşısına Avropa və Azərbaycan gəncləri arasında əməkdaşlığı və bilik mübadiləsini inkişaf etdirmək, Azərbaycan həqiqətləri barədə dünya gənclərini məlumatlandırmaq, Azərbaycanda gənclər sahəsində dövlət siyasətinə dəstək olmaq kimi hədəflər qoymuşdur. AYAFE ilk beynəlxalq gənclər düşərgəsini 1998-ci ildə Şəki şəhərinin yaxınlığında yerləşən “Dəmiryol” məcburi köçkün düşərgəsində təşkil etmişdir. Bu tədbirin əsas beynəlxalq tərəfdaşı “Service Civil International”(SCI) təşkilatı olmuşdur.

AYAFE 1998-ci ildən Service Civil International təşkilatının Azərbaycanda rəsmi tərəfdaşıdır. AYAFE-nin fəaliyyət göstərdiyi illər ərzində 100-lərlə azərbaycanlı gənc dünyanın müxtəlif bölgələrində, o cümlədən Avropa ölkələrində təşkil olunmuş beynəlxalq gənclər tədbirlərində iştirak etmişlər. Bundan əlavə, AYAFE hər il Azərbaycanda xarici könüllülərin iştirakı ilə gənclər düşərgələri və layihələr təşkil etmişdir.

Rəsmi sayt: www.ayafe.az
Facebook səhifəsi: www.facebook.com/ayafe.az
Instagram: www.instagram.com/ayafe.azerbaijan
Twitter: www.twitter.com/ayafeazerbaijan
Youtube: https://goo.gl/qZc2nq