Dövlət İmtahan Mərkəzində Vakansiya!

0
44

Dövlət İmtahan Mərkəzində Dövlət qulluğu məsələləri və insan resursları şöbəsi Dövlət qulluğu məsələləri üzrə sektorda məsləhətçi vəzifəsi üzrə  vakansiya elan edilib

Dövlət qulluğu məsələləri və insan resursları şöbəsi Dövlət qulluğu məsələləri üzrə sektor

Məsləhətçi

Struktur bölmə: Dövlət qulluğu məsələləri və insan resursları şöbəsi Dövlət qulluğu məsələləri üzrə sektor

Vəzifənin adı: məsləhətçi

Vəzifə maaşı: 600 AZN

Vəzifə təlimatı:

İnsan resurslarının idarəedilməsi sahəsində vahid dövlət siyasətinin formalaşmasına və bu siyasətin həyata keçirilməsinə dair təkliflərin hazırlanması;

Dövlət qulluğunda insan kapitalı və insan potensialının artırılması ilə bağlı nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi;

Dövlət qulluğunda insan resurslarının idarəedilməsi problemlərinə  dair  tədqiqatların aparılmasında iştirak edilməsi, təhlillər və araşdırmaların aparılması;

İnsan resurslarının idarəedilməsi sahəsində öyrənilmiş beynəlxalq təcrübənin tətbiqi ilə əlaqədar təkliflərin hazırlanması;

Təlim tələbatlarının müəyyənləşdirilməsi və dövlət qulluqçuları üçün təlimlərin keçirilməsi;

Ehtiyat kadrların idarə edilməsi işinin təşkil edilməsi və bu sahədə təkliflərin hazırlanması;

Dövlət Qulluqçuları Reyestrinin aparılmasında iştirak edilməsi;

Dövlət qulluğuna qəbul ilə əlaqədar keçirilən müsabiqə və müsahibələrdə iştirak edilməsi;

Vətəndaşlardan və təşkilatlardan daxil olan müraciətlərə baxılması.

Təhsil: hüquqşünaslıq, beynəlxalq hüquq, beynəlxalq münasibətlər, psixologiya, tarix, politologiya, fəlsəfə, jurnalistika, sosiologiya, dilşünaslıq, filologiya, regionşünaslıq və iqtisadiyyat və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsil.

Xarici dil bilikləri: İngilis dili-B1; Rus dili-B1.

Kompüter tələbləri: MS Windows, MS Office, Internet  (orta səviyyədə).

Əmək stajı: tələb olunmur.

Qeyd: Dövlət qulluğu vəzifələri üzrə BA3, BA4 sertifikatını əldə etmiş namizədlərə, inzibati vəzifələrin 5-ci təsnifatına uyğun olan vəzifələr üzrə ehtiyat kadrlar siyahısına daxil edilmiş şəxslərə üstünlük veriləcək.

Dövlət İmtahan Mərkəzində çalışmaq arzusunda olan namizədlər müraciət  formasını [email protected] elektron ünvanına 13 fevral 2018-ci il tarixədək  göndərə bilərlər.

Əlavə olunan sənədlər:  KADRLAR UÇOTUNUN ŞƏXSİ VƏRƏQƏSİ.docx