“Öz biznesini yarat” təlimi

0

Sahibkar olub öz həyatınızın memarı olmaq istəyirsiniz mi? Cavabınız müsbətdirsə, deməli artıq siz yolun yarısındasınız. Bazarda biznes inkişafı üçün bir çox təkliflər olsa da, sizi maraqlandıran suallara cavab tapmaq həmişə asan olmur. Həyatda ən mürəkkəb seçim atdığınız addımlarda ürəyinizin səsinə qulaq asa bilməkdir.Unutmayaq ki, hər uğurlu biznesin əsası sizin özünüzdən başlayır. Gördüyünüz iş sizi xoşbəxt etməlidir ki, öz qiymətli fikirlərinizi və maraqlı ideyalarınızı işinizə investisiya edə biləsiniz.Bu tip aktual mövzulara əsaslanan “Öz biznesini yarat” təlimində Elvin Dadaşsoy sadə qaydalara riayət edərək öz şəxsi biznesinizi qurmağın qaydalarını sizlərlə bölüşəcək.

Elvin Dadaşsoy Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və Bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil alıb. 2010-2011-ci illərdə marketinq meneceri kimi işə başlamış, top menecerə qədər uğurla irəliləmişdir. 2013-cü ildə Best Friends Təhsil və Karyera Mərkəzini, 2014-cü ildə isə məktəbəqədər hazırlıq mərkəzi olan Panda School brendini yaratmışdır. 2017-ci ilin iyulunda isə fərqli sahədə yatırım etmiş, “Phi Gallery” adlı gözəllik qalereyasını təsis etmişdir. Elvin Dadaşsoy həmçinin fərdi inkişaf və biznes yönümlü təlimlər keçir. 4 il ərzində müxtəlif şirkət, universitet və təşkilatlarda 50-dən çox təlim keçmişdir. Beynəlxalq Əmək Təşkilatının “Öz biznesinə başla” proqramı üzrə sertifikatlı təlimçisidir.

Təlim tam ödənişsizdir. Yerlər məhdud saydadır.
Qeydiyat üçün link goo.gl/mDBMMW
Qeydiyat üçün son tarix : 16 Fevral 2018 ci- il

17 fevral, 14:00

Əlaqə:
+994513309933, Səriyyə Məlikova
[email protected]