Təqdimat Bacarıqları – intensiv praktiki təlim

0
29

Hər birimizə həyatımızın müxtəlif sahələrində təqdim etmə bacarığı lazım olur. İstər özümüzü istərsə də hazırladığımız layihəni, işimizi təqdim etmək ehtiyacı yaranır. Amma buna baxmayaraq bir çoxlarımız təqdimat edərkən ciddi problemlərlə qarşılaşır və yaxud bunu etməkdən çəkinirik.

Halbuki təqdim etmə məsələsinə sistemli yanaşmaq və strukturlu təqdimat hazırlamaq bizi digərlərindən fərqləndirə bilər. Nəzərə alsaq, ki insanların ölümdən sonra 2-ci qorxusu kütlə qarşısında çıxış etməkdir elə buna görə də bu bacarıqlarımızı maksimum tez inkişaf etdirməliyik.

Business Club Azerbaijan və AYAFE Gənclər Təşkilatı bunları nəzərə alaraq sizlər üçün “Təqdimat Bacarıqları” təlimini təqdim edir.

Təlimdə iştirak edərək siz aşağıdakı suallara cavab tapa biləcək və qeyd olunan punktları detallı olaraq öyrənə biləcəksiniz:
• Təqdimat nədir?
• Təqdimat bacarıqları hansıdır?
• Niyə təqdimat bacarıqlarımızı inkişaf etdirməliyik?
• Effektiv təqdimatdan nə gözləyirik?
• Təqdimatın növləri
• Təqdimat etmək qorxusu
• Təqdimat qorxusunun göstəriciləri
• Təqdimat qorxusunu necə məğlub etmək olar?
• Effektiv təqdimatlar hazırlamaq üçün 6 addım
• Təqdimatın mərhələləri
• Təqdimatda 4 P
• Təqdimatda 5W 1H
• A.U.D.İ.E.N.C.E analiz
• Təqdimatın strukturu
• Təqdimat zamanı diqqəti üzərinizə toplamağın yolları
• İştirakçıların maraq dairələrinə təsir edən faktorlar
• İştirakçılar sual soruşanda nə etməli?
• Uğursuz təqdimatın addımları

Təlimçi:
Əli Tağızadə – Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirmişdir.
Bir sıra biznes, fərdi inkişaf, menecment layihələrində Layihə rəhbəri, Biznes təlimçi, Koordinator kimi müxtəlif vəzifələr üzrə çalışmışdır.
CV&Interview, Təqdimat bacarıqları, Biznes Planların hazırlanması, Menecment, Araşdırma sahələri üzrə 3 illik təlimçilik təcrübəsinə malikdir.
İndiyə qədər 500-dən çox şəxsə effektiv CV hazırlanması, Müsahibəyə hazırlıq, Təqdimat bacarıqları sahələri üzrə təlim keçmişdir.
Hazırda beynəlxalq araşdırma şirkəti olan “Business Insight International Research Group”-da Layihə Meneceri vəzifəsində çalışır. Eyni zamanda şirkətdaxili təlimçidir.

Tarix: 18.02.2018
Saat: 16:00

İştirak ÖDƏNİŞSİZDİR.

Qeydiyyat üçün link:
https://goo.gl/forms/WUfmIaeNGbVgPsEk2

Əlaqə:
(050) 710 01 55
(012) 436 79 80

Ünvan:
Murtuza Muxtarov küç. 188, 34 (Caspian Plaza ilə üzbəüz)
Xəritədə ünvan: goo.gl/1GIFhz