“Problem Nümunəsində Öyrənmə”-Endokrinologiya / Təlim

0

AzerMDS komandası olaraq sizi növbəti “Problem Nümunəsində Öyrənmə” dərsinə dəvət edirik.

“PNÖ”-də siz şikayətləri qiymətləndirməyi, protokola uyğun anamnez toplamağı, düzgün analizlər tətbiq edərək diaqnoz qoymağı öyrənəcəksiniz. Nəzəriyyədə öyrəndiklərinizi praktikada təsdiq etmək və problem nümunəmizlə tanış olaraq öz diaqnozunuzu qoymaq istəyirsinizsə aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməyiniz kifayətdir.

Qeydiyyat linki:

https://goo.gl/forms/gSTNKvqRZOkoB6g63

17 fevral, 14:00

Ünvan: Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası, zal 102

Əlaqə üçün e-mail: [email protected]

AzerMDS haqqında
“Azərbaycan Həkimlər və Təbib Tələbələr” İctimai Birliyi (AzərMDS) Azərbaycanı zaman-zaman IFMSA-da təmsil edib. IFMSA (International Federation of Medical Students’ Associations) Beynəlxalq Tibb Tələbələri Assosiasiyalarının müstəqil, qeyri-hökümət və qeyri-siyasi federasiyasıdır.

IFMSA özündə 6 qitə, 122 ölkədən 1,3 milyon tibb tələbəsini birləşdirən dünyanın ən qədim və ən böyük tələbə təşkilatlarındandır. İl ərzində IFMSA minlərlə tibb tələbəsinin mübadiləsini təşkil edir. AzərMDS 2007-ci ildən bu federasiyanın tamhüquqlu üzvüdür. Bu günə qədər AzərMDS-in mübadilə proqramında 600-dən çox gənc iştirak edib.

İştirak ödənişsizdir!