Vizual Brendinq mövzusunda ödənişsiz seminar

0

Daha çox Qrafik Dizaynerləri hədəf alan bu seminarda marka yaradılmasında maraqlı olan hər kəs iştirak edə bilər.

Seminarda;
• Marka adının seçilməsi
• Loqoların hazırlanması, növləri, düzgün ölçü və istifadə qaydaları
• Rəng seçimi
• Korporativ stil
• Marka imici
• Vizyon
• Vizual kommunikasiya və s. kimi mövzulardan bəhs olunacaq.

Təlimçi: Rəşad Baxışov

• Universitet illərində qrafik dizayna maraq göstərmiş, 2007-ci ildə bu sahədə çalışmağa başlamışdır.
• 2011-ci ildə təkmilləşdirmə kursu məqsədilə İstanbula getmiş və elə həmin ildə Bakıda fəaliyyətə başlayan Genna Baku’da qrafik dizayner kimi işə başlamışdır.
• Sonrakı illərdə həmin şirkətdə Jr. Art Direktor, Art Direktor vəzifələrində çalışmışdır.
• Bu illər ərzində onlarla şirkət və məhsulun yaranmasında, yenidənqurulmasında həm dizayner, həm brend konsultant kimi yaxından iştirak etmişdir.
• 2016-cı ildə bir müddət Beyond Click (İzmir) dijital agentliyi ilə ortaqlıq etmiş daha sonra 2017-ci ildə Markaman adlı öz şirkətini qurmuşdur.
Qeydiyyat üçün: http://bit.ly/2ngtDje
Tarix: 17 Fevral

saat 17:00-20:00

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin