“Avropa” adlı fərdi sərgi

0
261

Hanlar Məmmədovun “Avropa” adlı fərdi sərgisi

20 fevral tarixində Art Tower qalereyasında Arts Council Azerbaijan Qeyri-Hökumət Təşkilatı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə tanınmış rəssam Xanlar Məmmədovun “Avropa” adlı rəsm sərgisi keçiriləcəkdir.

Sərgidə rəssamın avropaya səyahəti zamanı yaratdığı əsərlər nümayış olunacaq. Hanlar Məmmədov 1945-ci ildə Bakıda anadan olub. 1970-ci ildə Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirib.

Sərgi 20 fevral tarixindən 3 mart tarixinədək davam edəcək. Açılış saat 19:00da olacaq.

İnformasiya dəstəyi – Trend.az, Day.az, Milli.az, Echo.az, Yanicaq.az, Art, Azetac, Frame.az.

Şərab dəstəyi Hillside brendi

Giriş sərbəstir