“De/Konstruksiya” müzakirələri çərçivəsində “Rap Matters” – Ödənişsiz Tədbir

0

YARAT Müasir İncəsənət Məkani Sizi ARTIM Layihə Məkanında keçiriləcək “De/Konstruksiya” müzakirələri çərçivəsində “Rap Matters”adlı tədbirə dəvət edir. 


Mühazirəçi: Əkbər Buludlar
Tarix: 21 fevral, 19.00
Ünvan: ARTIM Layihə Məkanı, İçərişəhər, Böyük Qala küç., 30, 001A
Giriş sərbəstdir

Əkbər Buludlar, rep mahnılarının ifaçısıdır. O, öz mahnılarında XX və XXI əsrlərin Azərbaycan poeziyasının həm məşhur, həm də nisbətən az tanınan nümunələrindən istifadə edir. Əkbər Buludlar, rep musiqisində autentiklik, sosial etirazın özəllikləri və repin intellektual potensialı, ritm hissəsi və s. kimi mövzulara ünvanlanmaqla, repin milli-mədəni landşaft üçün aktuallığı və vacibliyi, habelə subyektiv estetik zövq haqqında qısa mühazirə söyləyəcək. Tədbirdə auditoriyaya Mikayıl Müşfiq, Səməd Vurğun, Şəhriyar, Sabir, Baba Pünhan və digər şairlərin şeirlərindən ilhamlanmış rep parçaları təqdim ediləcək. Bundan əlavə, sənətçi, auditoriyanı müasir Azərbaycan poeziyası ilə rep musiqisinin sintezini yaratmaq üçün istifadə etdiyi metodla tanış etmək üçün, “praktiki məşğələlər” də keçirəcək.

De/Konstruksiya müzakirələri
“De/Konstruksiya” – ARTIM Məkanında sərgilərin montaj/demontaj dövründə keçirilən silsilə müzakirələrdir. Sözügedən layihə, gənc yaradıcı insanların öz yaradıcılıqlarını daha geniş auditoriya ilə bölüşməsi, nümayiş etdirməsi və kritik müzakirələr, fikir mübadilələri aparması, yaradıcı ideyaların axtarışı üçün platformanı təmin edir.

__________
Пространство Современного Искусства YARAT приглашает вас посетить мероприятие «Rap Matters» в рамках проекта «Де/Конструкция», которое состоится в Проектном Пространстве ARTIM.

Лектор: Акпер Булудлар
Дата: 21 февраля, 19:00
Адрес: Проектное Пространство ARTIM (Ичеришехер, ул. Боюк Гала 30, 001 А)
Вход свободный

Акпер Булудлар, рэпер. В своих песнях он использует как культовые, так и менее известные стихи азербайджанской поэзии XX и XXI веков. Акпер Булудлар выступит с краткой лекцией об актуальности и важности рэп-музыки для национального культурного ландшафта и субъективного эстетического удовольствия, затрагивая такие темы, как аутентичность, особенности социального протеста и интеллектуального потенциала рэп-музыки, ритмовой партии и т.д. Аудитории будут представлены отрывки рэп песен, вдохновленные стихами Микаила Мушвига, Самеда Вургуна, Шахрияра, Сабира, Баба Пюнхана и других поэтов. Кроме того, в качестве ознакомления с методом создания синтеза рэп-музыки с современной азербайджанской поэзией, рэпер проведет «практическое занятие» с аудиторией.

«Де/Конструкция»
«Де/Конструкция» – это серия бесед, которая проходит в период инсталяции/деинсталляции выставок в ARTIM. Данный проект предоставляет платформу для молодых творческих людей, где они могут проводить беседы на разные темы, обмениваться опытом, делиться и размышлять над своими работами с более широкой аудиторией.

__________
YARAT Contemporary Art Space is pleased to announce the De/Construction Talk: “Rap Matters” at ARTIM Project Space by Akbar Buludlar.

Speaker: Akbar Buludlar
Date: February 21, 7 pm
Address: ARTIM Project Space Old City (Icherisheher) Boyuk Gala Street 30, 001A
Admission is free

Akbar Buludlar presents rap songs in which he used cult, but also less known poems from Azerbaijani poetry, i.e. of the 20th and 21st century. Buludlar will give a short lecture about the relevance and importance of rap music for the national cultural landscape and subjective aesthetic pleasure addressing topics such as authenticity, social protest ethos and intellectual potential of rap music, its groove part, etc. The audience is invited to listen to rap music by the Akbar Buludlar inspired by the lyrics from Mikail Mushvig, Samad Vurghun, Shahriyar, Sabir, Baba Punhan etc. Besides, the artist will give practice exercise to get familiar with his method of approaching rap music combined with modern Azerbaijani poetry.

De/Construction Talks
“De/Construction Talks” is a series of talks that takes place during the de/installation period at ARTIM. It provides a platform for critical discussion, brainstorming and exchange for young creative people to share and reflect on their body of work with a broader audience.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin