Xocalını unutma, unutdurma! – Esse müsabiqəsi

0

Əziz tələbələr,

DİA Politoloqlar Klubu və AYAFE Gənclər Təşkilatının təşkilatçılığı, təlim və tədris mərkəzi NR Academy’nin dəstəyi “Xocalını unutma, unutdurma!” adlı esse müsabiqəsini təqdim edir.

“Xocalı faciəsi” hər bir azərbaycanlının xatırlamalı və xatırlatmalı olduğu tarixi günlərdən biridir. Hər birimiz “Xocalı faciəsi” haqqında yetəri qədər məlumata sahibik. “Xocalını unutma, unutdurma!” adlı esse müsabiqəsi hər bir tələbənin bu mövzuda biliklərinin daha yaradıcı formada çatdırması məqsədilə təşkil olunmuşdur.

Essenin formatı necə qurulmalıdır?

Esselərin formatı:
1) 500 sözdən az olmamaq – 700 sözdən çox olmamaq şərtilə; ,
2) Word və ya pdf formatda;
3) 12 ölçüdə “The Times New Roman” şrifti ilə yazılmalıdır.

Esselər Azərbaycan, rus, ingilis dillərində ola bilər.

VACİB QEYD:
Yuxarıda da qeyd etdiyimiz kimi essədə əsas olan tarixi məqamlarla yanaşı, yaradıcı baxışlara daha çox yer vermək, tarixin deyil, təqdim olunan mövzunun bədiiliyinə diqqət yetirmək və öz baxış bucağınızı sərgiləməkdir.

Essələrin son qəbul tarixi: 24 fevral 18:00

Birinci yeri tutmuş iştirakçıya mükafatlar veriləcək, eyni zamanda ilk 10 yerə isə sertifikatlar təqdim olunacaqdır.

Qeydiyyat linki: https://goo.gl/jEb7mh

Qeyd 1: Layihə bütün universitetlərin tələbələri üçün nəzərdə tutulmuşdur.

Qeyd 2: Essələrini qeydiyyat linkindəki bölməyə yükləyə bilməyənlər [email protected] adresinə göndərə bilərlər.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin