BAKIDA İRAN FİLMLƏRİ HƏFTƏSİ

0
334

BAKIDA İRAN FİLMLƏRİ HƏFTƏSİ

Fevralın 23-dən etibarən Bakıda İran filmləri həftəsinə başlanılacaq.

“Azərtac”ın məlumatına görə, fevralın 27-dək davam edəcək film həftəsi Mədəniyyət və Turizm Nazirliyi və İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq.

Film həftəsindən yaralanmaq istəyənlər İran kinematoqrafiyasının istehsalı olan “Cangüdən”, “Xəyalın şirin tamı”, “Divanə top” və “Ayaqqabım hanı” filmlərinə Nizami Kino Mərkəzində baxa biləcəklər.

Giriş sərbəstdir.