İnnovasiya Forumu

0

Hər zaman innovativ ideyaların inkişafı üçün çalışan “Microsoft Azerbaijan” tərəfindən həyata keçiriləcək növbəti layihəni təqdim edirik!

28 fevral tarixində Hilton mehmanxanasında yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə baş tutacaq “İnnovasiyalar Forumu”nun əsas məqsədi innovativ ideyaları olan gənclərin və startapların aşkar edilməsi, təşəbbüskar düşüncənin inkişaf etdirilməsi, ölkəmizi beynəlxalq arenada təmsil edə biləcək şirkətlərin formalaşdırılmasıdır.

Microsoft məhsullarını xidmətlərində tətbiq edərək tərəfdaşımıza çevrilmək istəyən İT şirkətlərinin Forumda iştirakı bizim üçün böyük əhəmiyyət daşıyır.
Əgər siz də özünə güvənən İT şirkətinin təmsilçisisinizsə, startapını qurmaq istəyən və ya artıq startapı olan gənclərdənsinizsə, aşağıdakı keçiddə təqdim olunan qeydiyyat formunu doldurub, Forumda iştirak edin və bu möhtəşəm tədbirin bir parçasına çevrilin!

www.aka.ms/innovationaz

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin