Beynəlxalq Audit Şirkətində Təcrübə Proqramı

0
409

RSM Azerbaijan Beynəlxalq Audit şirkəti UNEC məzunları və magistrlər üçün təcrübə proqramını elan edir. Əsas tələblər :

• İngilis dili biliyinin olması;
• Maliyyə, Biznesin İdarə edilməsi, mühasibat uçotu və audit sahəsi üzrə bakalavr və ya magistr təhsili;
• Təcrübə tam iş günü müddətində həyata keçiriləcəkdir;
• Təcrübə ödənişsizdir;
• Təcrübə proqramının sonunda fəaliyyət müddəti müsbət dəyərləndirilən şəxslərə iş təklifi ediləcəkdir.

Maraqlananlardan CV-lərini [email protected] elektron poçtuna göndərmək xahiş olunur. Elektron poçtun “subject” bölməsində “İntern” sözünü yazmağı unutmayın.
Şirkət haqqında

RSM Azerbaijan Beynəlxalq Audit şirkəti artıq 10 ildir ki, Azərbaycanda fəaliyyət göstərir. Ümumilikdə isə dünya üzrə 120 ölkədə 800 ofisdə xidmət göstərən 41.400 təcrübəli mütəxəssisi bir ad altında birləşdirir.
Ətraflı Məlumatı sayt vasitəsilə əldə edə bilərsiz:
www.rsm.az