Diabet məktəbi

0
327

Şəkərli diabet xəstələrinin nəzərinə!
17 mart saat 14:00 – da Avrasiya Hospitalının təşkilati dəstəyi ilə Diabet Məktəbinin növbəti dərsi keçiriləcəkdir.
Bu dəfəki mövzumuz Diabetik ayaq və şəkərli diabetin yaratdığı ürək-damar xəstəlikləri haqqında olacaqdır. Dərsimiz layihənin rəhbəri endokrinologiya ve metabolizma üzrə mütəxəssis Dr. Günay Əliyeva və kardioloq-aritmoloq Dr. Günay Rəhimova tərəfindən keçiriləcəkdir.

Dərslərdə əldə edəcəyiniz məlumatlar nələr olacaq?
• Şəkərli diabet nədir? • Şəkərli diabetin tipləri • Diaqnostikası • Müalicəsi • Şəkərli diabetin erkən və gecikmiş ağırlaşmaları • Şəkərli diabetdə insulinin rolu • Şəkərli diabet ilə həyat • Şəkərli diabetdə düzgün qidalanma • Şəkərli diabet ilə fiziki aktivlik və s.

Bu və digər suaların cavabını Siz bizim “Diabet Məktəbi” layihəmizdə əldə edəcəksiniz! Qeyd edək ki, bu layihə həm şəkərli diabet xəstələrinə həm də onların qohum və yaxın adamları üçün təşkil olunub.

Dərslərdə iştirak etmək üçün öncədən bizə zəng edib qeydiyyatdan keçməniz xahiş olunur!
Dərslər ödənişsizdir və yerlərimiz məhduddur!

Ünvan: Bakı ş., Nəsimi r-nu, Ak. Həsən Əliyev küç. 15.
Tel: 1116
Mobil : (055) 979 01 01