“Gənc Təlimçilərin Təlimi” – layihə və təlim

0
467
Salyan Qadın Resurs Mərkəzi rayonumuzun gənclərini “Gənc Təlimçilərin Təlimi” proqramı çərçivəsində Salyan rayonunda keçirləcək Gənc təlimçilərin hazırlanması üçün keçirilən layihədə iştirak etməyə dəvət edir. Təlimçi olmaq istəyən gənclər iştirak edə bilərlər.
Əlaqə e-maili : [email protected]
“Gənc Təlimçilərin Təlimi” proqramına müraciət ərizələri 23 FEVRAL 2018-ci il tarixinədək qəbul olunacaqdır!
Ərizə əldə etmək istəyənlər mərkəzə müraciət edə bilərlər.
Qeyd : “Gənc Təlimçilərin Təlimi” proqramı BMT İnkişaf Proqramı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə həyata keçirdiyi və Coca-Cola Fondunun maliyyələşdirdiyi “Kənd və rayon yerlərində yaşayan qadınlar və gənclərin iqtisadi və sosial həyatda fəal iştirakının təşviqi” layihəsi çərçivəsində təşkil olunmuşdur. Layihə hal-hazırda yerli İcra Hakimiyyətləri ilə birbaşa koordinasiya olunmaqla Masallı, Biləsuvar, Sabirabad, Neftçala və Salyan rayonlarında icra olunur.
Təlimin məqsədi iştirakçıların təlim bacarıqlarını artırmaq və onları yeni tədris üsullarının tətbiqinə həvəsləndirməkdir. Təlim zamanı iştirakçilar böyüklərin oyrənmə prinsipləri və öyrənmə tərzləri haqqında biliklərini genişləndirəcək, və müxtəlif təlim üsullarına yiyələnəcəklər. Bu təlimdə oyunlardan düzgün istifadə, iştirakçıların müxtəlif vasitələrlə öyrənmə prosesinə cəlb olunması, qrupların inkişaf mərhələləri və müxtəlif mərhələlərdə təlimçinin rolu mövzularına xüsusi yer ayrılacaq. Praktik tapşırıqlar zamanı iştirakçiların müxtəlif təlim metod və usullarını şəxsı təcrübədən keçirmək imkanı olacaq. Eyni zamanda təlimin sonunda kiçik təqdimatla təlimdən öyrəndiklərini digər iştirakçılarla və təlimçi ilə bölüşmək imkanları olacaq. Təlimdə təqdim olunan nümunə sessiyalar “gender bərabərliyininın faydaları”, “gender stereotiplərinin qadın və kişilərin həyatina təsirı”, “qadınlara qarşı zorakılığın növləri və fəsadları” mövzularını əhatə edəcək. Məqsəd təlim iştirakçılarını bu mövzularda məlumatlandırmaq və gələcəkdə buna banzər təlimlər təşkil etməklə cəmiyyətimizin rifahı və inkişafına xidmət etməyə ruhlandırmaqdır. “Gənc Təlimçilərin Təlimi” proqramını uğurla bitirmək və sertifikat almaq üçün iştirakçılardan bu və ya buna bənzər mövzularda ən azı bir təlim sessiyasi keçirmək tələb olunacaq.
Yalnız “Gənc Təlimçilərin Təlimi” sertifikatını almış iştirakçılara 2018-ci ilin sentyabr-dekabr aylarında birbaşa BMT İnkişaf Proqramı ilə əməkdaşlıq edərək ödəniş müqabilində Salyan rayonunda “Gender Bərabərliyi”, “Qadın Hüquqları” və “Dayanıqlı İnkişaf Məqsədləri” mövzularında ictimai maarifləndirmə sessiyalarını təşkil etmək fürsəti veriləcək.