“Gənc Tusilər” – astronomiya ilə bağlı təlim və layihə

0

Əziz gənclər!
Əgər sizi “Nəsrəddin Tusi və onun dünya astronomiya elminə verdiyi töhfələr nələrdir?”, “Dünya üzrə hazırda hansı astronomik istiqamətlər mövcuddur?”, “Astronomiyadakı müasir meyllər və kəşflər nələrdir?”, “Azərbaycanda bu sahə üzrə son illərdə əldə edilmiş hansı nailiyyətlər var?” kimi suallar maraqlandırırsa, o zaman hər birinizi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçiriləcək “Gənc Tusilər” adlı astronomiya təlimlərinə dəvət edirik.

Layihə çərçivəsində iştirakçılar gənc alimlərin dəstəyi ilə müasir astronomiya, astronomik düşüncə, müxtəlif astronomik nəzəriyyələr arasındakı fərqlər və s ilə tanış olub, bu istiqamətdə fikir mübadiləsi aparacaqlar.
İştirakçılar layihə müddətində həmçinin qrup şəklində işləmə, qrupun idarə edilməsi, informasiya mubadiləsinin aparılması və liderlik qabiliyyətlərini inkişaf etdirmə şansını da əldə edəcəklər.

Layihə 25.02.2018-ci il tarixindən (bazar günü) başlayaraq hər həftənin bazar günü olmaqla 3 həftə davam edəcəkdir. Təlimlər “Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzinin Azadlıq filialında (Azadlıq metrosu yaxınlığı) həyata keçiriləcəkdir.

Təlimin mövzusu və təlimçi haqqında ətraflı məlumatlar növbəti günlərdə geniş şəkildə paylaşılacaq.
Layihədə ixtisasından asılı olmayaraq astronomiyaya marağı olan bütün tələbələr və yuxari sinif şagirdləri iştirak edə bilər.
Müraciət etmək istəyən gənclər özləri haqda aşağıdakı məlumatları [email protected] emailina göndərərək qeydiyyatdan keçə bilərlər:
1. Ad, soyad, ata adını
2. Təhsil aldığı (bitirdiyi) ali (orta) məktəbin tam adını
3. İxtisasını (varsa)
4. Əlaqə nömrəsini (mobil)
5. Layihədən gözləntilərini (100 sözdən çox olmamaq şərtilə)

Seçilmiş iştirakçılara bu haqda məlumat e-mail vasitəsilə bildiriləcəkdir, bu səbəbdən e-mailınızı mütəmadi olaraq diqqətdə saxlamağınız xahiş olunur.
Qeydiyyat üçün son tarix: 23 fevral, saat 23:59-dur.

Təlimlərdə iştirak ödənişsizdir.

Təlim zamanı yarana biləcək yorğunluğu aradan qaldırmaq üçün çay-kofe fasiləsi nəzərdə tutulmuşdur.
Layihənin sonunda təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar və həmçinin fəal iştirakçılara maraqlı hədiyyələr təqdim olunacaqdır.

Layihə rəhbəri: Şərəfnisə Ələkbərova
Əlaqə üçün: [email protected]
Tərtibatçı-dizayner: Pakizə Paşayeva

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin