Kapitalbank “Layihə Meneceri” axtarır! – Vakansiya

0

Kapitalbankda yeni vakansiya!

Kapital Bank namizədləri İnsan Resurslarının İdarə edilməsi Departamentində Layihə Meneceri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər
* Proseslərin qiymətləndirilməsi və inkişaf etdirilməsi daxil olmaqla İnsan Resurslarının İdarə Edilməsi üzrə layihə planlarının hazırlanması, yenilənməsi, koordinasiya və idarə edilməsi;
* İnsan Resurslarının İdarə edilməsi üzrə layihə qrupunun toplanılması, rolların müəyyənləşdirilməsi, tapşırıqların prioritetləşdirilməsi, nəticələrin təhlili, dəyişikliklərin test edilməsi, müvafiq həll yolları üçün təklif və qərarların verilməsi, nəticələrin aidiyyatı strukturlarla bölüşülməsi;
* Layihələrin idarə edilməsi istiqamətində tövsiyyə olunan proses dəyişiklikləri ilə bağlı heyət üzvləri və funksional rəhbərlərlə əməkdaşlığın qurulması;
* Dəyişikliklərin idarə olunması və kommunikasiyası istiqamətində əməkdaşlığın qurulması;
* Uğurlu təcrübənin təminatı kimi bilik, proses və texnologiyanın optimal şəkildə tətbiq edilməsi üçün tövsiyyələrin verilməsi.

Tələblər
* Ali təhsil;
* İnsan Resurslarının İdarə edilməsi üzrə geniş iş təcrübəsi;
* Əla ünsiyyət bacarıqları;
* Azərbaycan, rus və ingilis dillərində səlis ünsiyyət bacarığı;
* İstedadların İdarə Olunması, Fəaliyyətin Qiymətləndirilməsi və s. üzrə təcrübə arzuolunandır;
* Layihələrin idarə edilməsi üzrə təcrübə arzuolunandır.

CV-lərinizi, mövzu hissəsində “EduOnline.Az – Layihə Meneceri” qeyd etməklə [email protected] ünvanına göndərə bilərsiniz.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin