Sağlam həyat tərzinin təbliği istiqamətində film günü

0
474

“Sağlam Düşüncə” Gənclər Təşkilatı YEN (youth express network) -in 25 illiyi münasibəti ilə sağlam həyat tərzinin təbliği istiqamətində film günü təşkil edir.

“Sağlam Düşüncə” Gənclər Təşkilatının da Üzv olduğu “Youth Express Network”un bu il 25 illiyidir. Bu münasibətlə bəzi üzv təşkilatlar #12fəaliyyət adlı layihəyə cəlb olunublar. Simvolik olaraq hər ayın 25-i TÖHFƏNİ VER bağlığı altında 1 üzv təşkilat 1 fəaliyyət həyatə keçirməklə prosesə dəstək verir. “Sağlam Düşüncə” Gənclər Təşkilatı sağlam həyat tərzinin təbliğatçısı olduğu üçün və İctimai yerlərdə tütündən istifadəni məhdudlaşdıran qanunun qəbul olunmasını nəzərə alaraq bu mövzuda film günü təşkil edir.

Thank you for smoking – 93 dəq.
IMDb: 7.6
Janr: komediya, dram
Film türk dilində nümayiş olunacaq

Filmin baş qəhramanı karyerasının ən parlaq dövrünü yaşayan Nik Neylordir. O, böyük bir siqaret şirkətinin mətbuat katibi olaraq siqaret istehsalçılarının və siqaret çəkən insanların hüquqlarını müdafiə edir. Onun işi o qədər də asan deyil. Çünki o, hər kəsin bildiyi – “Siqaret sağlamlıq üçün təhlükəlidir.” fikrinin tam əksini iddia etməyə çalışır. Əlbəttə buna görə onun qarşısında çox problemlər dayanır. Əsasən də insanların sağlamlığı barədə qurulan təşkilatlar və Amerika senatorlarından biri. Lakin Nik öz işini çox ustalıqla bacarır. Amerika istehsalı olan film 2005-ci ildə Ceyms Reytmanın rejissorluğu ilə çəkilmişdir. Filmin ssenarisi Kristofer Bukleyin eyni adlı romanı əsasında ekranlaşdırılmışdır. Baş rollarında Aoran Ekxart, Kamerun Brayt, Mariyo Bella kimi aktyorlar oynayıb.

25 fevral 15:00 da “Reduco” Tədris mərkəzində nümayiş olunacaq filmə hər biriniz dəvətlisiniz. Gəlin Nikin öz işinin öhdəsindən necə gəldiyini birlikdə izləyək.

Qeyd: Filmdən Sonra yarım saatlıq müzakirə təşkil olunacaq.