Sosial Media, PR, Digital marketinq və reklam sahəsində təcrübəçilər axtarılır

0

Sosial Media, PR, Digital marketinq və reklam sahəsində təcrübə əldə etmək istəyən gənclər üçün təcrübə proqramı elan edirik.

Təcrübə keçəcəyi sahələrə aid olan və bu istiqamətdə karyera qurmaq istəyən gəncə üstünlük veriləcək.

Kimi axtarırıq:
– Aktiv sosial media istifadəçisi;
– Yazı yazmaq, fikirlərini izah etmək bacarığına malik;
– Öyrənməyə həvəsli, ünsiyyətcil və maraqlı bir gənc;
– Kitab oxumağı sevən;
– İşinə və özünə qarşı məsuliyyətli olan.
– Yaş: 20-30;
– Təhsil: Ali və ya hazırda təhsili davam edir;
– Azərbaycan dili – mükəmməl səviyyədə, digər dil bilikləri üstünlükdür;
– Bu sahəni tanıması, haqqında az da olsa nəzəri biliklərin olması üstünlükdür.

Biz nə söz veririk:
– Professional komandada böyük təcrübə;
– Mehriban iş mühiti, rahat ofis;
– Təcrübə müddətində yemək və nəqliyyat xərclərinin qarşılanması;
– İşi üçün lazım olan istənilən ədəbiyyatın alınması;
– Qızıldan qiymətli tövsiyə məktubu.

İş qrafiki
– Həftə içi minimum 30 saat olmaqla;
– Təcrübə müddəti: 3 ay.

Yuxarıda qeyd olunmuş tələblərə uyğun gələn şəxslər CV, motivasiya məktubunu [email protected] ünvanına göndərə bilərlər. Subject (məktubun başlığı) yerində “Intern” yazmağınız xahiş olunur.

Son müraciət tarixi: 25 fevral.

Diqqət! Göndərdiyi məktubda bu işə layiq olduğuna inandırmağı bacaran adamlar müsahibəyə dəvət olunacaqlar. Üstünlüklərinizi və nailiyyətlərinizi izah edən maraq məktubu, səliqəli, dolğun CV müsahibəyə dəvət olunmaq şansınızı artırır. Bəxtəbəxt göndərilmiş standart CV-lər nəzərdən keçirilmir!

Uğurlar!

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin