“GƏNCLƏRLƏ İŞ SAHƏSİNDƏ ÇALIŞACAQ TƏLİMÇİLƏRİN HAZIRLANMASI TƏLİM”İ KEÇİRİLƏCƏK

0
28

Gənclər və İdman Nazirliyi, Paris Sorbon Universiteti Panteon I  Sorbon Biznes Məktəbi ilə birlikdə 12-16 mart 2018-ci il tarixlərində Qusar Olimpiya Kompleksində “Gənclərlə iş sahəsində çalışacaq təlimçilərin hazırlanması təlim”i  keçiriləcəkdir. Təlim kursları Paris Sorbon Universiteti Panteon I  Sorbon Biznes Məktəbinin 5 tanınmış professoru- Rida Ballak Hourani, David Litz, Anita Velç,Vesselina Naidenova və Şeri Jegerberq Audet  tərəfindən keçiriləcəkdir. Təlim dili Azərbaycan dilində aparılacaqdır. Təlimçi hazırlığında iştirak ÖDƏNİŞSİZDİR.

Təlim kursu aşağıdakı mövzular üzrə aparılacaqdır:

  • Layihələrin hazırlanması və maliyyələşdirilməsi üzrə yeni metodların öyrənilməsi və tətbiqi;
  • Yeni təlim üsullarının hazırlanması  və gənclərlə iş sektoruna tətbiq edilməsi;
  • Təlimçilərin gənclərlə iş sektoru arasında əlaqələrinin səmərəliliyinin artırılması üçün onların fəaliyyətinin sintezi və  qiymətləndirilməsi;
  • Gənclərlə iş sahəsi üzrə mütəxəssislər üçün yeni təlim proqramlarının və layihələrinin hazırlanmasında mənfəətlərin əldə olunması, vasitələrin və onların yollarının araşdırılması;
  • Liderlik idarəetmə nəzəriyyələrinin qiymətləndirilməsi və yeni təlim modullarının tətbiqi;
  • Liderlik ünsiyyəti menecmenti və komanda qurulması modellərinin araşdırılması və qiymətlənmdirilməsi.

 

Təlimin sonunda  iştirakçılara Paris Sorbon Universiteti Panteon I  Sorbon Biznes Məktəbinin sertifikatları təqdim olunacaqdır.

12-16 mart 2018-ci il tarixlərində Qusar Olimpiya Kompleksində “Gənclərlə iş sahəsində çalışacaq təlimçilərin hazırlanması təlim”ində iştirak etmək istəyən gənclər  aşağıda qeyd olunan ərizə formasını doldurub 5 mart saat 18:00-a qədər elekton formada [email protected] ünvanına göndərə bilərlər. İştirakçıların təlim yerinə aparılması və geriyə qaytarılması, eləcə də yaşayış və qidalanması təşkilatçı tərəfindən təmin ediləcəkdir.

Əlavə material:

Əlaqələndirici şəxs: Məryəm Məcidova
Vəzifə: Baş katib
Mobil tel: 077 421 11 23
Tel: 012 440 16 31
Fax: 012 440 16 27