Xəyalımdakı Gələcək – Seminar

0
416

“ASAN xidmət” mərkəzi sizi məmnuniyyətlə Pərviz Həsənovun “Xəyalımdakı Gələcək” seminarına dəvət edir.

Azərbaycan gəncinin həyatda nələr əldə edə biləcəyindən bəhs edən bənzərsiz bir seminardır. Bu seminar bir çox insanın həyatında qığılcım yaratdı, bir çox insanda fundamental dəyişikliklərə səbəb oldu. Bu dəfə də növbəti auditoriya ilə görüşə çıxır.

Seminarın təməl mövzusu neft sektorunda mühəndis həyatı ilə bağlı olsa da, auditoriyaya çatdırılan əsas mesaj həyatda uğur qazanmaq istəyən hər bir insanda bu yolda özünəinam hissi yaradır. Ona görə də seminarda çatdırılan mesajdan, seminardan alınan təsirdən, yalnız neft sektorunda mühəndis karyerası qurmaq istəyən tələbələr deyil, həyatda uğur qazanmaq istəyən, arzuları, hədəfləri, məqsədləri olan hər bir şəxs çox faydalanır.

Seminarın agendası:
-Xarici şirkətdə ilk addımlar
-Texniki məktəblər
-Neft mədənlərində həyat
-Mütəxəssis olmaq
-Xarici ölkələrdə karyera imkanları
-Özünü marketdə tanıtmaq üçün resurslar
-Neft mühəndisinin ailə həyatı

Spiker – Pərviz Həsənov
Hazırda “Weatherford” şirkətinin “Well Completions Technologies” şöbəsinin Quyuların tamamlanması üzrə sahə mütəxəssisidir;
Karyerası:
– “Schlumberger” şirkəti, 5 il (Azərbaycan, Fransa, Liviya, Qazaxıstan, Rusiya)
– “Baker Hughes” şirkəti, 3 il (BƏƏ, S.Ərəbistanı)
– “Weatherford” şirkəti, 1 il (BƏƏ, Oman)

Tarix: 27 fevral 10:00

Ünvan:
Akademik Həsən Əliyev küçəsi 36, 1 saylı “ASAN xidmət” mərkəzi, 4. mərtəbə

Əlaqə:
+994 50 495 28 86

Seminar ana dilimizdə keçiriləcək.
Seminar təmənnasızdır, sərbəstdir, hər kəs üçündür.

İştirakçılardan xahiş olunur:
– Mümkün qədər səmimi və sərbəst olun
– Suallarınızı fasilələrə saxlamayın, seminarda verin
– Seminara gecikməyin. Seminar zamanına yarım saat qalmış artıq auditoriyada əyləşə bilərsiniz
– Fərqli bir spikerə, fərqli bir seminara, fərqli bir günə hazır gəlin. Görüşənədək.